Ramil Usubov rüşvət alan polisi qovdu

08.04.2014 - 14:08

Ramil Usubov rüşvət alan polisi qovduGöyçay rayon yol polisi şöbəsi rəisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntü səbəbindən Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinin Göyçay Rayon Polis İdarəsində apardığı yoxlamalar başa çatıb.   Bu barədə “Axar.az”ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Nazirlik sözçüsü qeyd edib ki, artıq yekun rəy DİN rəhbərliyinə təqdim edilib:   “Göyçay RPŞ-nin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri cənab Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930