Masallıda biabırçılıq: icra başçısı 100-ə yaxın dükanı sökdürdü

08.04.2014 - 14:16

Masallıda biabırçılıq: icra başçısı 100-ə yaxın dükanı sökdürdü

Rafil Hüseynov Yardımlı yolunu genişləndirmək adı altında dağıtdığı obyektlərin yerini satışa çıxarıb 
Masallıda sahibkarların bir çoxu müflis olmaq həddinə çatıb. Buna səbəb icra başçısının yeri gəldi-gəlmədi onlara problemlər yaratmasıdır. JAM.AZ-a verilən məlumata görə, sonuncu belə problem isə bu yaxınlarda baş verib. 
Sahibkarların bildirdiyinə görə, Masallı-Yardımlı yolunu genişləndirmək adı altında yolun Ərkivan qəsəbəsindən keçən hissəsi boyu bütün yolqırağı dükanların hamısı sökdürüldü. Həmin vaxt iş adamlarına bildiriblər ki, guya, yol genişləndiriləcək. Bu zaman orada dükanları, sexləri və digər ticarət və iaşə məqsədli obyektləri olan şəxslərə isə kompensasiya verilməyib. Tələb edənləri də həbslə qorxudublar. 
JAM.AZ-a daxil olan məlumata görə, dükanlar tam söküldükdən sonra məlum olub ki, bütün bunların hamısı bəhanədir. Məqsəd yol qırağındakı yerləri yenidən satışa çıxarıb pul qazanmaqdır. Bunu təsdiq edən əsas fakt ondan ibarətdir ki, boş qalmış həmin ərazilərdə yeni dükanların tikilməsi elə əvvəlki sahibkarlara təklif olunub. Və onlara bildirilib ki, əgər belə bir niyyətləri varsa, hər biri 5-10 min manat civarında Masallı İcra Hakimiyyətinə pul gətirməlidir. 
Məlumatda o da deyilir ki, icra başçısı Rafil Hüseynov bu işdə İcra Hakimiyyətinin işçisi Abbas adlı şəxsi qabağa verib. Qeyd olunur ki, həmin rəsmi sahibkarlarla danışıqlar apararaq, onları razı salmağa çalışır. 
Bu əsnada JAM.AZ-a daxil olan məlumatda deyilir ki, Rafil Hüseynovun göstərişinə əsasən söküntü aparılmış yerə bir neçə çörək kiosku gətirilib. Dəmirdən hazırlanmış həmin kiosklarda isə icra başçısının nəzarəti altında olan Öncəqala Çörək Zavodunun çörəkləri satılacaq. Vaxtıyla həmin ərazidə dükanları olanlar isə nə edəcəklərini bilmirlər. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5750

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930