Sarkisyandan Türkmənistana "Qarabağ minnətdarlığı"..

08.04.2014 - 17:32

Sarkisyandan Türkmənistana “Qarabağ minnətdarlığı”..

Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ mübahisəsizdir və faktiki durum de-yure də ifadə olunmalıdır. Ermənistan bizim üçün ən vacib bir məsələdə neytrallıq və anlaşma göstərdiyi üçün Türkmənistana minnətdardır”. 
Musavat.com-un erməni mənbəyinə istinadən verdiyi məlumata görə, bunu Türkmənistanda səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu gün prezident Qurbanqulu Berdımühəmmədovla birgə keçirdiyi mətbuat konfransında deyib. 
Bu açıqlamaya türkmən prezidentin hansı reaksiya verdiyi bəlli deyil. Ancaq türk torpaqlarının 20 faizini zəbt edərək orada etnik təmizləmə aparan, Xocalı soyqırımını həyata keçirən bir işğalçı ölkənin başçısına, həm də Xocalı canisinə qucaq açmaq, onun şərəfinə təntənəli qəbul və ziyafət təşkil eləmək türkmən xalqını dərin tarixi-mənəvi tellərlə bağlandığı Azərbaycan xalqına təhqirdir. Heç olmasa, Özbəkistan kimi Ermənistanla məsafə saxlamaq olardı. 
Qeyd edək ki, az öncə Berdımühəmmədov Azərbaycan prezidenti İlham Əliyevi də Türkmənistana rəsmi səfərə dəvət edib. (musavat.com)    
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5754

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930