Ərdoğan Əliyevlə "nurçular"dan danışdığını təsdiqlədi
“Paralel yapının beynəlxalq arenadakı əlaqələrini ortaya çıxaracağıq”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 8-də partiyasının parlament fraksiyasının toplantısında çıxışı zamanı Azərbaycana səfərinə də toxunub.
Ərdoğan Bakıda İlham Əliyevlə “Gülən camaatı” (“nurçular”) ilə bağlı məsələnin müzakirə edildiyini açıqlayıb.
“Paralel yapının beynəlxalq arenadakı əlaqələrini ortaya çıxaracağıq. İlk ziyarətimizi qardaş Azərbaycana etdik. Gündəmin mövzuları ilə yanaşı, paralel yapını da müzakirə etdik. Beynəlxalq səviyyədə bu məsələ gündəliyimizdə olacaq. Qanunsuz iqtisadi fəaliyyətlərini də araşdıracağıq. Məmurlardan, işçilərdən, iş adamlarından, ticarətçilərdən sədəqə, zəkat, himmət adı altında qeydsiz-qeydiyyatsız toplanan və xərclənən pulların da, müxtəlif vaxtlarda təhdid və şantajla toplanan xərclərin də hesabı tək-tək sorulacaq”, – deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyədə dövlət orqanlarında “Gülən camaatına” bağlı strukturlaşma və şəbəkələşmə “paralel yapı” adını alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=5755