Bir ailənin faciəsi
Hər şey o gündən başladı bir suçsuz insan haqqini tələt etdiyi üçün naməlum şəkildə “avtomabil”qəzasi adi ilə həyatina vida etdi. Hələ uşaq vaxlarımda atamın bu rejimi lənətlədiyini görub soruşardım, ata səni bu qədər bu hökümətə lənət etdirməyə vadar edən nədir? Cavab isə hər zaman eyni idi: “Bu rejimin cinayətlərini saydıqca bitməz oğul”.
İl 2008. Artiq atam Əliyevlər rejimini lənətlədiynda normal olaraq məndə qəbul edirəm, cünki hər şey ortada gün kimi aydındır, bu iqtidarın cinayətləri və insanlara elədikləri zülmlər. Elə həmən il atamın min bir zəhmətlə əziyyətlə tikdiyi evi Rayon icra hakimiyyəti sökmək ücün göstəriş verir. Kimsələr bilməsədə bizə görə bu evin sökülməsi tam sifarşli idi.Atamin hər zaman bu rejimin əleyhinə təbliğat aparması sözsuz ki evimizin sökülə prosesini dahada sürətləndirmişdir.
Atamın bütün imkanlardan istifadə etməsinə baxmayaraq, bütün hüquqlarından maksimum dərəcədə hətda ölkənin ən bahalı vəkillərindən tutmasına baxmayaraq,və hökumətin evi sökməyə heç bir haqqının olmamasına rəğmən evimiz başımıza ucuruldu….
Bu söküntünü heç birimiz həzm edə bilmirdik edədədə bilməzdik xüsüsəndə atam Allahverdiyev Cavanşir.
Atam 2008 ci ildən 2012 ci ilə qədər bununla bağli demək olarki , ölkənin bütün yuxarı inistansiyalarına şikayət və sucluların həbs olunma məktublari yazmağa davam edir,ancaq əvəzində isə, atam Allahverdiyev Cavanşir ilk novbədə rayon polis idarə müstəntiqləri ,sonra isə prokorlari, və son olaraq “MTN” qoçuları hədələməyə başlayır.
Bu kimi hədələrə məhəl qoymayan atam ölkədə olan müxalifət radiolarına “səhər”kanalına danışaraq hökümətin ic üzünü acır və durmadan xarici təşkilatlara yazacaq və gərəklisa ölkədə olan avropa təşkilatlarının numayəndələri ilə görüşəcəyi ilə höküməti hədələyir.Bu danşıqdan sonra atama təhdidlər dahada artır və 2012 ci il 28 sentiyabir tarixində atam ,sürürcü Abdullayev Elnur Bəylər oğlunun idarə etdiyi reault markali 99 CR 854 dövlət nömrə nişanlı maşını ilə vurularaq öldürülmüşdur.
Bəlkədə maraqli olacaq “öldürülmüşdür”yazmam,bəli öldürürlmüşdür deyə bilərəm, cünki atam hər zaman təhdid altında idi, polis, MTN prokrorluq bunlar yetməzmi?! Cinayəti törədən və yol surət həddi 15 km sürət olan yolda ağır xəsarətlə maşınla adamı vurub öldürmək təsadüfmü xeyir! Hətda atami vuran Elnur adli ünsür bu gün cöldə əlini sallayaraq sanki adam öldürməmiş kimi öz keyfini çəkməkdə davam etməkdədir..Bu dami bir təsadüfdür?!
Bu rejimin cinayətlərı hələdə davam etməkdədir,məni anami və hətda qohumarımı belə bu gün təhdid edirlər ,təhdid edirlər ki susaq danişmayaq….ANCAQ HEÇ VAXT!
HEÇ VAXT SUSMAYACAYIQ
Məhəmmədəli Allahverdiyev
Short URL: http://www.cumhuriyyet.net/?p=57595