Məmur oğlu keçmiş qayınatasını polislərə döydürdü

08.04.2014 - 19:46

“Keçmiş kürəkənimiz, nəvəmin əri Tural Əhmədovun atası Fövqəladə Hallar Nazirliyində şöbə müdiridir, anası isə Nazirlər Kabinetində kadrlar şöbəsinin müdiri.
 Bu ailənin bütün böyük adamlarla tanışlığı var.Keçmiş qudalarımız bizi həmin tanışları ilə hədələyir. Nəvəm Turalla ailə qurandan sonra dəfələrlə fiziki zorakılığa məruz qalıb, hətta döyüləndən sonra qarnındakı uşaq da ölüb. Məmur övladının qudurğanına rast gəlmişdik deyə başımıza bu müsibətlər gəldi”.
Bunu virtualaz.org saytına açıqlamasında Badamdar qəsəbəsində polis və mülki geyimli şəxslər tərəfindən döyülərək həbs edilən Zakir Hüseynovun anası Lalə Həsən qızı Məmmədova deyib. 
Qeyd edək ki, ailə baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğuna məlumat verib.
L.Məmmədova bildirdi ki, dəbdəbəli həyat sürən kürəkənlərinə valideynləri dəstək verir: “Turalla nəvəmin toyu ötən ilin sentyabrında olub. Turalın altında yüz minlərlə dollar qiyməti olan avtomobil var, gecələr evə gəlmirmiş. Qız oğlanın narkotik vasitələrdən istifadə etdiyindən şübhələnib. Bundan sonra ata evinə geri dönüb. Bu isə Turalın xoşuna gəlmədi. Oğlan tez-tez gəlirdi ki, gəl barışaq. Qız isə geri qayıtmaq istəmirdi”.
Şikayətçi dedi ki, iki gün əvvəl məhkəmə nəvəsinin boşanma tələbinə baxıb: “Tural da dedi niyə boşanırsan. Fevralın 17-də də oğlumu evdə 4 nəfər döydü. Amma heç kim şikayətimizə baxmadı. Bu gün isə Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinin 15 əməkdaşı oğlumu, məni, nəvəmi döyüb. Oğlumun geyinməsinə belə icazə vermədilər, təpikləyərək tutub apardılar. Hətta maşına basanda oğlum maşının təkəri altında da qaldı. Bəs mən dərdimi kimə deyim?”
Vəkil Aslan İsmayılov da virtualaz.org saytına açıqlamasında hadisəyə münasibət bildirdi: “Mənə verilən məlumata görə, Zakir Hüseynovu 8-ci polis bölməsinə aparıblar. Amma şöbənin rəis müavini Zakirin ora aparıldığını təkzib etdi. Mən rəis müavininin qəbulundan çıxandan sonra qapıda dayanan qadınlardan belə bir adamın bölməyə gətirilib-gətirilmədiyini soruşdum. Onlar əlamətlərindən Zakiri tanıdılar, dedilər ki, indi gətirirmişdilər bura”.
Vəkil qeyd etdi ki, Tural Əhmədovun keçmiş qayınatasına yazdığı təhdid mesajları var: “Prezident İlham Əliyev məmur övladlarına xəbərdarlıq edib. Zakir Hüseynovun atası professor, elmlər doktorudu, xarici ölkələrdə tanınır. Belə bir ziyalı ailəsi məmur övladının təzyiqi altındadır. Biz daxili işlər naziri Ramil Usubovla baş prokuror Zakir Qaralova müraciət etmişik ki, polisin belə özbaşınalığına son qoyulsun”.
Qeyd edək ki, Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsindən məsələyə münasibət öyrənə bilmədik. Telefona cavab verən şəxs bu mövzuda danışmaq səlahiyyətinə malik olmadığını dedi. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
* * *
“Badamdar qəsəbəsində polis və mülki geyimli şəxslər Zakir Hüseynov adlı vətəndaşa qarşı təxribat törətmək istəyirlər”.
Bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov məlumat verib.
Onun sözlərinə görə, Zakir Hüseynovla keçmiş kürəkəni arasında problem yaranıb: “Zakir Hüseynovun qızı 2 ay gəlin olduqdan sonra dözülməz şəraitdən ata evinə qayıdıb. Bundan sonra kürəkən Tural Əhmədov daim qayınatasına zəng edib, təhdid edib, onu deşik-deşik edəcəyi barədə smslər yazıb ki, qızını qaytarsın. 17 fevral 2014-cü il tarixdə kürəkəni 4 nəfərlə onun evinə gəlib. Həmin şəxlərdən biri polis əməkdaşı olub. Onlar Zakir Hüseynovun qızını zorla geri qaytarmaq istəyiblər. Zakir Hüseynov buna razılıq vermədikdə onu öz evində ölümcül döyüblər”.
Vəkilin sözlərinə görə, bundan sonra Zakir Hüseynov təcili yardımla xəstəxanaya aparılıb. Ona çoxlu sayda xəsarət yetirildiyi, burun sümüyünün sındırıldığı müəyyən edilib. Dərhal hadisə yerinə gələn polislər izahat alıblar. Heç bir tədbir görülmədiyindən Zakir Hüseynov dəfələrlə Ramil Usubova, Zakir Qaralova şikayət ərizələri yazıb. Amma Səbayel Rayon Polis İdarəsi Zakir Hüseynovun özünə xuliqanlıq ittihamı irəli sürüb.
“İş materialları tam saxtalaşdırılıb. Bunun səbəbi odur ki, Zakir Hüseynovun yeznəsinin valideynləri vəzifəli şəxslərdir. Onun anası Nazirlər Kabinetində, atası isə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tuturlar. Zakir Hüseynovu həbs etmək istəsələr də vəkilin müdaxiləsindən sonra sərbəst buraxıblar. Amma itiiham qüvvəsində qalır” – deyə Aslan İsmayılov bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Badamdarın sahə müvəkkili və mülki geyimli şəxslər Zakir Hüseynovun evinə gəlib.
“Zakir Hüseynovun anası, yaxından tanıdığım Lalə xanım və atası, professor, elmlər doktoru Əli müəllim mənimlə əlaqə saxlayıb. Hazırda mən onların evinin qarşısındayam. Bura iki maşın keşik çəkir. Onlardan biri 90 FC 404 nömrə nişanlı “Mercedes”, digəri isə 10 XC 999 nömrə nişanlı “Lexus”dur. Hər ikisində mülki geyimli şəxslər var. Sahə müvəkkili Cavad Cavadov da onlarladır. Mülki geyimlilərdən biri özünü əməliyyatçı kimi təqdim edib. Onlar iddia edirlər ki, baş verənlərinin onlara dəxli yoxdur. Mən hazırda burdayam. Gözləyirlər ki, Zakir Hüseynov çölə çıxsın və ona qarşı hər hansı təxribat törətsinlər” – deyə vəkil bildirib.
Hüquqşünas deyib ki, hadisə barədə Bakı Şəhər Prokuroluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

“Lakin heç bir nəticəsi yoxdur. Açıq-aşkar dərəbəylikdir. Sizin vasitənizlə bir daha Zakir Qaralov və Ramil Usubova müraciət edirəm ki, bu özbaşınalığın qarşısını alsınlar” – deyə Aslan İsmayılov vurğulayıb
 



 
 
 
 
 
Virtualaz.org
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930