Hacı İbrahimin 200 milyardlıq layihəsi batır
“Khazar İslands” layihəsində işlər
dayandırılmaq ərəfəsindədir
“Khazar İslands” layihəsində işlər
dayandırılmaq ərəfəsindədir
Qalmaqallı
və ölkəninin ən böyük layihələrindən biri olan “Khazar İslands” layihəsi iflas
edir. Artıq layihəninin xarici investorları Hacı İbrahimdən hesab sormağa
başlayıblar. Bu barədə daxil olan məlumatda bildirilir ki, “Avesta” sirkətlər
qrupunun rəhbəri Hacı İbrahimin Xəzər dənizində modern şəhər inşa etməyi
planladığı “Khazar İslands” layihəsində işlər dayandırılmaq ərəfəsindədir. Buna
səbəb isə investorların layihəyə yatırdıqları milyardlarla dollar sərmayənin
müqabilində çox cüzi işlərin həyata keçirilməsidir. Artıq bununla bağlı xarici
investorlar Hacı İbrahimdən hesab sormağa başayıblar. Qeyd edək ki, “Khazar
İslands” layihəsinin həyata keçirilməsində Hacı İbrahimin ən böyük
ortaqlarından biri Türkiyənin ünlü iş adamı, milyarder Əli Ağaoğludur. Əli
Ağaoğlu ötən il dekabrın 17-də Türkiyədə həyata keçirilən böyük korrupsiya və
rüşvət həbsləri ilə bağlı saxlanılmış, dinlirildikdən sonra sərbəst
buraxılmışdı.
Redaksiyamıza
daxil olan məlumatda göstərilir ki, “Khazar İslands” layihəsinə yatırılan
sərmayənin müqabilində çox cüzi işlər görülüb və bu da investarlarda yatırılan
sərmayənin mənimsənilməsi haqqında şübhələrə yol açıb. İşlərin cüzi görülməsi
ilə bağlı isə Hacı İbrahimin nəqliyyat naziri Ziya Məmmədovu günahlandırdığı
bildirilir. Məlumata əsasən Hacı ibrahim öz şəriklərinə bildirib ki, işlər ona
görə ləng gedir ki, nəqliyyat naziri Ziya Məmmədov ağır tonnajlı maşınlarla qum
və çınqıl daşınmasına icazə verilmir və buna görə də dənizin qurudulması ilə
bağlı işlər ləngiyir. Qum və çınqılın davamlıolaraq gətirilməməsi səbəindən isə
daha əvvəl dənizə tökülən qum və çınqıl dənizdə yuyulur. Bu üzdən də görülən
işlərin, xərclənən sərmayəninin effektliliyi itir. Hətta bu məsələ ilə bağlı
Hacı İbrahimin Ziya Məmmədovu ölkə rəhbərliynə şikayət etdiyi bildirilir.
Məlumata
əsasən Hacı İbrahimin verdiyi izahat xarici investorları qane etməyib. Ona görə
də onlar “Avesta” sirkətlər qrupunun rəhbərini məhkəməyə verməyə hazırlaşırlar.
Mənbə bildirir ki, bu baş verdiyi təqdirdə Hacı İbrahimin bütün sərvətinə və
şirkətlərinə həbs qoyula bilər. Elə buna görə də Hacı İbrahimin artıq bəzi
şirkətlərini başqa adamların adına keçirməyə başladığı qeyd olunur. Həmçinin
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan qardaşı Nazim İbrahimovu bu
işdən kənarda saxlamaq və Komitə sədrini sığortalamaq üçün elə atmosfera
yaradılır ki, güya qardaşlar arasında böyük münaqişə var.
Qeyd
edək ki, bir müddət əvvəl mətbuatda Nazim İbrahimovun oğlunun bahalı
əyləncələri barədə məlumat dərc olunduqdan sonra mətbuata açıql ama verən Hacı
İbrahim qardaşını qınamışdı.
Səlim
Short URL: http://www.cumhuriyyet.net/?p=5770