Twitter erməninin əlində imiş
Twitter şirkətinin vitse-prezidenti Raffi Qriqoryan adlı ermənidir
Twitter şirkətinin vitse-prezidenti Raffi Qriqoryan adlı ermənidir
Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Qriqoryan aprelin ikinci yarısında İrəvana səfər edəcək. O, bir həftə ərzində ermənilərə proqramlaşdırmadan dərs keçəcək, mühazirələr oxuyacaq və Ermənistanın informasiya texnologiyaları sferasının, hökumətinin nümayəndələri ilə görüşəcək.
Raffi Qriqoryan ABŞ-ın Massaçusets Texnologiya Universitetinin məzunudur. O, Twitterdə məlumatlar bazasına, veb-serverlərə və proqram təminatına cavabdeh olan mühüm bölməyə rəhbərlik edir. Twitterdən əvvəl R.Qriqoryan WattzOn.com portalının təsisçisi olub. Qriqoryan Nyu-York Universitetində mühazirələr deyib. O, “TiVo Hacks” kitabının müəllifidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5771