Əliyevin Naxçıvana qəfil səfərinin pərdəarxası

09.04.2014 - 10:36

Əliyevin Naxçıvana qəfil səfərinin pərdəarxası

Hakimiyyət Muxtar Respublikadan ciddi narahatdır
Xəbər verildiyi kimi ölkə başçısı Ilham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib. Maraqlıdır ki, səfər barədə əvvəldən ictimaiyyətə məlumat verilməyib. Bu fakt ölkə başçısının Muxtar Respulikaya qəfil səfər etdiyini düşünməyə əsas verir. Ilham Əliyev sonuncu dəfə Naxçıvana 2012-ci ildə səfər edib.
Bu müddət ərzində onun Muxtar Respublikaya getməməsi hakimiyyətdə Paşayevlər və Naxçıvan qruplaşmaları arasında ziddiyyətlərlə əlaqəli olduğu barədə məlumatlar var. Vasif Talıbov Naxçıvan qruplaşmasının əsas simalarından sayılır. 
Ilham Əliyevin hansısa rayonlara açılış mərasimlərinə gedəndə xanımı Mehriban Əliyeva da yanında olur. Lakin Ilham Əliyevin Naxçıvanda iştirak etdiyi açılış mərasimlərində ölkə başçısının xanımı gözə dəymədi. Bu da Paşayevlərlə Naxçıvan qruplaşmasının əsas simalarından olan Vasif Talıbov arasında ziddiyyətlərin olması barədə ehtimalları gücləndirir.
Bəs Ilham Əliyev Naxçıvana niyə qəfil səfər edib? Redaksiyamıza sızan məlumatlara görə, bu heç də hansısa obyektin açılışı ilə bağlı deyil. Ölkə başçısının Muxtar Respublikaya səfəri son vaxtlar Azərbaycan üçün müəyyən təhlükələrə səbəb ola biləcək geosiyasi hadisələrdir. Bu sırada Rusiya ilə Ukrayna arasında yaranmış qarşıdurma xüsusi yer tutur. Azərbaycan hakimiyyəti oxşar siyasətin  ölkəmizə qarşı da yeridilə biləcəyindən narahatdır. Xüsusi narahatlıq Naxçıvandandır. Çünki Naxçıvan Muxtar Respublikadır. Ilham Əliyevin səfər zamanı hərbi hissələrə baş çəkməsi, ordunun hazırlığını yoxlaması, silah-sursatla maraqlanması da bununla bağlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=5775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930