Ziya Məmmədov Ərdoğanın səfərindən qorxuya düşüb

09.04.2014 - 10:38

Ziya Məmmədov Ərdoğanın səfərindən qorxuya düşüb

Nəqliyyat naziri “nurçu fırtınası”nın qurbanı ola biləcəyindən ehtiyatlanır
Nəqliyyat naziri Ziya Məmmədov Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərindən narahat olub. Iqtidar daxilindən redaksiyamıza sızan məlumata görə, Ziya Məmmədovun əsas narahatlığı Ərdoğanın Ilham Əliyevlə görüşündə nurçularla bağlı məsələni müzakirə etməsi və onun Azərbaycanın rəhbərinə konkret siyahı verməsi barədə xəbərlərdir.
Bu məlumatların qismən təsdiqlənməsi – Ərdoğan siyahı məsələsinə toxunmasa da, Ilham Əliyevlə görüşündə nurçularla bağlı müzakirələrin olduğunu təsdiqləyib – nəqliyyat nazirinin narahatlığını daha da artırıb. Məlumatda bildirilir ki, nəqliyyat naziri bu görüşün nəticəsi olaraq ciddi zərbə ala biləcəyindən ehtiyatlanır. Məsələ burasındadır ki, Ziya Məmmədovun da yaxın ətrafında nurçuların olduğu barədə iddialar var. Ziya Məmmədov onlardan birini artıq işdən çıxarıb. Bu “Bakı Taxi Company”nin keçmiş rəhbəri Ilqar Qasımovdur. Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın saytlar məlumat yaydı ki, Ziya Məmmədovun köməkçisi Ziya Əliyevin də nurçularla əlaqəsi var. Day.az saytının rəhbəri, nəqliyyat nazirinin oğlu Anar Məmmədovun xaricdə Azərbaycanın təbliği ilə bağlı fəaliyyətinə dəstək verən, onun “piar”ı ilə məşğul olan Elnur Baimov da nurçulara bağlıdır. Kəmaləddin Heydərova yaxın saytlar hətta Anar Məmmədovun nurçuları  maliyyələşdirməsi barədə məlumatlar yaydı. Doğrudur, onun rəhbərlik etdiyi “Qarant Holding”in hüquqşünası Ruslan Məmmədov bu iddianın əsassız olduğunu bəyan edib. 
Məlumata görə, bütün bunlardan sonra Ziya Məmmədov düşünür ki, Ərdoğanın hədəfinə gələ bilər və bu, onun “vurulması”nı şərtləndirər.

Short URL: http://www.cumhuriyyet.net/?p=5776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930