Norveç səfiri Tərtərdə

15.03.2016 - 23:33

rrNorveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen martın 15-də Tərtərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  səfiri səmimi və mehribanlıqla qarşılamış,  işgüzar görüş keçirilmişdir.

Görüş zamanı rayon rəhbəri səfirə düşmənlə 48 km təmas xətti olan Tərtər rayonu, onun əhalisi, iqtisadiyyatı , mədəniyyəti, eləcə də qəhraman tərtərlilərin məşğuliyyəti haqqında ətraflı məlumat vermişdir. Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın və məcburi köçkünün bir qisminin də Tərtərdə  məskunlaşdığını bildirən M.Məmmədov ölkə başçısının diqqət və qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırmış, və onların ermənilər tərəfindən işğal olunmuş öz dədə-baba torpaqlarına qayıtmaq istədiklərini bildirmişdir.

Rayon icra hakimiyyətinin başçısı ermənilərin suvarma dövründə  Sərsəng su anbarından gələn suyun qarşısını kəsməklə kənd təsərrüfatına yaratdıqları süni çətinliklərdən də danışmışdır. B.İ.Svendsen qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildən fəaliyyət göstərir. Ötən bu müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmışdır. Səfir bildirmişdir ki, 18 aydır Azərbaycanda diplomatik fəaliyyət göstərir. Azərbaycanı yaxından tanımaq üçün bölgələrə səfər edib hər şeyi öz gözləri ilə görmək istəyir. Sərsəng su anbarı ilə bağlı bölgədə yaranan çətinliklər barədə məlumatlıdır.

Norveçdə Azərbaycan kimi neft və qaz yatağı ilə zəngindir. Azərbaycan ilə energetika sahəsində sıx əlaqə yaratmışıq. Sonra səfir yerli iqtisadiyyatın necə inkişaf etdiyi ilə maraqlanmış, rayon rəhbəri onu maraqlandıran suallara ətraflı cavab vermişdir.

Görüş çox səmimi keçmiş, sonda norveçli diplomat rayon rəhbərinə xatirə hədiyəsi təqdim etmişdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57866

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31