Nəqliyyat "qoçuları" aktyoru döyüblər

09.04.2014 - 12:26

Nəqliyyat “qoçuları” aktyoru döyüblər

Aktyor İlqar Cahangir Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən hücuma məruz qalıb.
Bu haqda ilk mılumat facebook sosial şəbəkəsində yayılıb. Məlumata görə, 
hadisə Bakı Beynəlxalq Avtovağzalında baş verib. Aktyor İlqar Cahangir bir sürücünü döyən Nəqliyyat Nazirliyinin əməkdaşlarını telefonla videoya çəkərkən onun özünə də hücum edilib. Nəqliyyat müfəttişləri onun telefonundakı yaddaş kartını da çıxarıblar. 
Hadisə ilə bağlı aktyor axar.az saytına məlumat verib: “Bir qədər sonra aydın oldu ki, həmin sürücü ailəsini avtovağzala gətirib, maşından ailəsini düşürən zaman özlərini nəqliyyat işçisi kimi təqdim edən şəxslər onu qanunsuz taksi fəaliyyətində günahlandıraraq üstünə hücum çəkib. O anı telefonun kamerası ilə görüntüləyən zaman həmin oğlanlardan biri arxadan məni vuraraq telefonu əlimdən aldı və yaddaş kartını çıxarıb telefonu özümə qaytardı. Çox kobud söyüşlər söyən o şəxslərin kimliyini müəyyən etmək mümkün olmadı. Ərazidə olan polislərə və nəqliyyat müfəttişlərinə həmin şəxslərin kimliyini soruşsaq da, heç kim tanımadı. Bizə bildirdilər ki, onlar rəsmən işçi deyillər. Mənim telefonumun kartı, digər vətəndaşın isə sənədləri həmin şəxslərdədir. Hələ ki avtovağzalda dayanıb gözləyirik”.
Aktyora fiziki güc göstərən nazirlik əməkdaşları sonra onu avtovağzalın ikinci mərtəbəsində oturan rəisin kabinetinə aparıblar.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5788

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930