Masallı Təhsil Şöbsində attestat alveri gedir

09.04.2014 - 13:45

Masallı Təhsil Şöbsində attestat alveri gedir

Astan İbişov keçmiş tarixə rəsmiləşdirdiyi sənədə görə 300 manat alır 
Məlum olduğu kimi, bir neçə il bundan əvvəl Təhsil Nazirliyinin qərarı ilə orta məktəbi bitirənlərə attestatın verilməsi prosesi ləğv edilib. Lakin bu qərar keçmişə şamil olunmayıb. Yəni, qərar verilənə qədər təhsil almış şəxslər sözügedən sənədi ala bilməyiblərsə, ona sahib olmalıdılar. 
JAM.AZ-a daxil olan məlumata görə, Masallının təhsil şöbəsinin müdiri Astan İbişov daha bacarıqlı çıxaraq, ona attestat üçün müraciət edənlərin çoxluğunu görüb bunu qazanc mənbəyinə çevirib. Həmin məlumatlarda deyilir ki, təhsil şöbəsinin müdiri hal hazırda vaxtıyla rayon orta məktəblərində təhsil almış şəxslərə attestatın satılmasını təşkil edir. 
Məlumatda deyilir ki, köhnə tarixə sənədləşdirilən həmin sənədi almaq üçün isə Astan İbişov 300 manat tələb edir. Həmin attestatların hüquqi cəhətdən qanuni olmadığı deyilir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728