Üzeyir Cəfərovdan Zakir Həsənova növbəti kəskin ittiham

09.04.2014 - 13:50

Üzeyir Cəfərovdan Zakir Həsənova növbəti kəskin ittiham

Hərbi ekspert yalançının kim olduğuna aydınlıq gətirdi…
Tanınmış hərbi ekspert, “Hərbi Jurnalistlər” İctimasi Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında bu günlərdə intihar edən zabitimiz barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı qınayan olduqca ilginc məqamlara toxunub:
“Çox heyfslənirəm ki, bu sətirlər dərc olunanda onları bizim “döyüş görmüş” və artıq yalan danışmağı az qala vərdiş etmiş müdafiə nazirimiz bu gün oxuya bilməyəcək. Çünki o ölkə başçısı ilə İran İslam Respublikasında səfərdə olacaq. Amma çox inanmaq istərdim ki, hörmətli Zakir Həsənov Tehrandan qayıdandan sonra bu yalanları niyə Azərbaycan cəmiyyətinə sırımağa çalışdığına aydınlıq gətirəcək. Tam məsuliyyətimlə və səmimiyyətimlə demək istəyirəm ki, artıq Azərbaycanın müdafiə naziri postunu tutan şəxsin bəzi addımları əndazənı aşmaqdadır. 
Dəyərli oxucular, Siz əvvəlcə Müdafiə Nazirliyinin rəsmi açıqlamasına diqqət yetirin:
Müdafiə Nazirliyi bildirir ki, mərhum polkovnik-leytenant N.Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti “polkovnik-leytenant” hərbi rütbəsi verilib. Eyni zamanda polkovnik-leytenant N.Balıyev nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib.Tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib.
Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir.
Hesab edirəm ki, yalanı mən yox, bizim hörmətli Müdafiə Nazirliyində oturub belə qeyri-ciddi məlumatları bizə ünvanlayan şəxslər danışırlar. Bildiyiniz kimi aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu Yasamal rayonu ərazisində Salyan Kazarması deyilən ərazidəki xidməti mənzilində özünü asaraq intihar etmişdi. Hadisədən on dəqiqə sonra mənə hüquq-mühafizə orqanlarındakı dostlarımızdan zəng daxil oldu ki, bəs zabit özünü asıb. Mən də Bakı şəhərində olmadığıma görə, bu məsələnin detallarının öyrənilməsini və mətbuatda işıqlandırılmasını özümə yaxın hesab etdiyim dostlardan xahiş etdim. Məlum oldu ki,  intihar edən zabit MN-nin HHQ və HHM qoşunlarının  Mərkəzi Aparatından Badamdar qəsəbəsindəki hərbi hissəyə, AŞAДћI vəzifəyə təyin edilıbmış. Amma Müdafiə Nazirliyinin yaydığı xəbərdə nədənsə guya onun yuxarı vəzifəyə təyin edilməsi göstərilib. Ola bilsin ki, MN-nin yeni rəhbərliyi hər şeyi tərsi-məzhəb prinsipi ilə etdiyinə görə, onlara bu yerdəyişmə “yuxarı vəzifə” kimi görünür. Amma, hər halda MN-nin Mərkəzi Aparatı hərbi hissələrdən ustun qurumdur. Bunu bilmək üçün heç də böyük savada malik olmaq lazım deyil. Ona bu ilin yanvar ayında 3 otaqlı XİDMƏTİ mənzil verilməsi ilə bağlı iddialar da fuflodur. Polkovnik-leytenant rütbəsində olan zabitə Xidməti mənzil verilməsi, əvəzində isə MN-də hələ də xidmətini davam etdirən general-leytenant Çingiz Məmmədova, digər bir neçə generala və polkovnikə hansı əsaslarla 2 və artıq dəfə DAİMİ mənzillərin verilməsin aydınlıq gətirilsəydi daha məqsədə müvafiq olardı. Ölkənin SQ-də kifayət qədər xidməti olmuş bir şəxsin faciəvi ölümünü kənara qoyub “Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır” kimi gülünc və əsassız məlumatları mətbuata verməyi göstəriş verən nazirə və ya onun əvəzində bu missiyanı üzərinə götürən şəxsə və ya şəxslərə ayıblar olmalıdır ki, onlar vaxtında ictimaiyyətə doğru-düzgün məlumatlar vermədiyinə görə, sonradan belə “operativ təkzib”ə də ehitac qalmasın. Və sonda…
 Xeyir ola, MN-yi, cənab Zakir Həsənov hansı əsaslarla Azərbaycan Respublikasının konkret qanunlarına məhəl qoymayaraq öz yaxın qohumunu yüksək vəzifəəyə təyin edilməsi ilə bağlı mətbuatın mənə istinadən verdiyi xəbərə  aydınlıq gətirmək istəmir? Söhbətin nədən getdiyini isə mənə elə gəlir ki xırdalamağa ehtiyac yoxdur. Onda bilinər ki, kim yalan, kim isə Azərbaycan ordusunu “qohum-əqraba klubuna” çevirən şəxsləri ifşa edənlər düz danışır. Hesab edirəm ki, belə primitiv “döyüş taktikası” ilə hörmətli müdafiə nazirimiz özünü get-gedə mətbuatın  və ictimaiyyətin gözündən daha da çox salır.”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930