Qovşaq rəisi 2 milyon manatı camaatdan necə qoparıb?

09.04.2014 - 15:18

Qovşaq rəisi 2 milyon manatı camaatdan necə qoparıb?

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov 2 il əvvəl telefon çəkilişindən dövlət adına pul yığıb 
Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov dövlət büdcəsindən ayrılmış pulların bir qismini fibrooptik kabellərin çəkilişi zamanı mənimsəyib. JAM.AZ-ın araşdırmalarına görə, Əsgərov bu zaman bir sıra “əməliyyatlar” həyata keçirməklə 300 min manata yaxın vəsaitə sahib olub. 
Amma JAM.AZ-a daxil olan son məlumatlarda vurğulanır ki, Qovşaq rəisinin ən böyük “əməliyyatı” iki il bundan əvvəl baş verib. Və bu zaman 2 milyon manata yaxın vəsait camaatdan yığılaraq, Əsgərovun ixtiyarına verilib. Məlumatı verən şəxs bildirir ki, hələ iki il bundan əvvəl Sumqayıt şəhərindəki 5, 6 və 7 saylı ATS-lərin elektronlaşdırılması prosesi həyata keçirilib. Dövlət tərəfindən bu işlərin reallaşdırılmasına 2 milyon manat vəsait ayrılsa da, Akif Əsgərov başqa bir varianta əl atıb. Belə ki, ATS-lər yeniləşdikdən sonra fərdi nömrələrə görə vətəndaşlardan 10 manat, cütləşmiş (“blokirovka”) nömrələrə görə isə 28 manat alınıb. 
JAM.AZ-a danışan mənbə qeyd edib ki, həmin vaxt tələb olunan pulu verməyənlərin telefonları işləmirdi. Və həmin vaxt Akif Əsgərovun işçiləri camaata deyirmişlər ki, dövlət ATS-ləri elektronlaşdırıb və bunun üçün 2 milyon manat pul xərcləyib. Ona görə də, həmin məbləği yığaraq dövlətə vermək üçün camaatdan pul toplayırlar. 
Aydın məsələdir ki, bu deyilənlər sadəcə, bəhanə olub. Çünki dövlət bu cür layihələri həyata keçirən zaman ayırdığı pulları xidmət göstərilən müddətdə toplayır. Daha doğrusu, ayrılan vəsait təmənnasız pullardır və onlar zaman içində göstərilən xidmətin müqabilində geri dönür. Akif Əsgərov isə vəziyyəti yaxşı bildiyindən bu layihəni həm də özünün gəlir mənbəyinə çevirib. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5797

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930