ABŞ Rusiyanın işğal planını bilir, ancaq Kiyevdən gizlədir

09.04.2014 - 15:59

ABŞ Rusiyanın işğal planını bilir, ancaq Kiyevdən gizlədir

ABŞ-ın kəşfiyyat xidmətləri Rusiyanın  Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə hazırlaşdığına dair ətraflı informasiyalar əldə edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “The Daily Beast” nəşrinin əldə etdiyi eksklüziv informasiyada bildirilir.
Lakin amerikalı məmurlar və konqresmenlər bildirir ki, ABŞ ordusunun komandanlığı ukraynalı həmkarlarını rus qoşunlarının planları barədə detallı şəkildə məlumatlandırmamaq qərarına gəlib. Baxmayaraq ki, prezident Barak Obama Ukrayna xalqı ilə həmrəyliyini bildirir.
“Mən əmin deyiləm ki, biz hansısa ətraflı informasiyanı ukraynalılarla bölüşürük” – deyə Nümayəndələr Palatasının üzvü Mayk Terner bildirib.
“Aydındır ki, biz onlara Rusiyanın Ukrayna sərhədlərində cəmləşdirdiyi hərbi potensial  barədə mühüm hərbi tövsiyələr vermirik, Ukrayna silahlı qüvvələrin bu təhlükəyə qarşı necə tətbiq olunmasının mümkünlüyünü demirik” – deyə konqresmen əlavə edib.
ABŞ kəşfiyyatı Ukraynaya hərbi müdaxilə planı ilə bağlı ancaq Konqresi və Obama administrasiyasını məlumatlandırıb. İnformasiya misilsizdir, xüsusən də Ukrayna hökumətinin bu cür müfəssəl kəşfiyyat məlumatı əldə etməyə imkanı yoxdur.
Nəşrin yazdığına görə, müdaxilənin yaxınlaşdığını göstərən daha çox əlamətlər ortaya çıxıb.
ABŞ Konqresindəki mənbə deyib: “Amerika kəşfiyyatı  təchizat xəttinin – səhra hospitallarının, mobil tibbi-sanitar hissələrinin sərhədə yaxınlaşdığını qeydə alıb. Fevral ayında Rusiya Ukrayna sərhədlərində hərbi manevrlərə başlayanda bunlar yox idi”.
Bəs ABŞ kəşfiyyat informasiyalarını niyə Ukraynaya vermir?
Kəşfiyyatın adı açıqlanmayan yüksək rütbəli əməkdaşı bildirir ki, Vaşinqton ənənəvi olaraq Kiyevlə çox az məlumat bölüşür, ehtiyat edir ki, informasiya Moskvaya ötürülər.
ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukrayna sərhədlərinə 80 minlik qoşun cəmləşdirib. Kəşfiyyat Rusiya qoşunlarının hərəkətini peykdən izləyir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5798

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930