İranda 44 metrlik ərazi xəbəri təsadüfən yayılmamışdı

09.04.2014 - 17:03

İranda 44 metrlik ərazi xəbəri təsadüfən yayılmamışdı “Ola bilsin ki, dövlət başçısının səfərindən sonra ölkəmizlə münasibətləri korlamaq istəyən qüvvələr yenə də tapılsın”.   Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.   O, hazırda İranda hakimiyyətdəki qüvvələr arasında didişmənin olduğunu bildirib: “Azərbaycan bütün dövlətlərlə, o cümlədən İranla münasibətlərin qorunmasında maraqlıdır. Bu gün tərəflər arasında 4 sənəd imzalanıb. Bunların da hamısı əməkdaşlığın inkişafını nəzərdə tutan sazişlərdir. Prezidentin İrana səfərindən bir müddət öncə yayılan xəbərə gəlincə isə, onu deyə bilərəm ki, İranda müxtəlif qüvvələr arasında didişmə var. İran prezidenti xarici siyasətdə bir şey deyir, o biri qüvvələr tamam başqa şeylər ortaya qoyurlar. Azərbaycana münasibətə gəlincə isə, burada da eyni tendensiyanı görmək mümkündür. Bir tərəf sözdə Azərbaycanla münasibətləri yoluna qoymaq istəyirsə, digər dini radikal qüvvələr buna qarşı çıxırlar”. Politoloq həmçinin Azərbaycan prezidentinin səfəri öncəsi 44 metrlik ərazi ilə bağlı yayılmış informasiyaların heç də təsadüf olmadığını deyib: “Azərbaycan prezidentinin səfəri öncəsi belə xəbərin yayılması heç də təsadüfi deyil. İranın daxilində Azərbaycanla münasibətlərin normallaşdırılmasını istəməyən kifayət qədər qüvvələr var. Ola bilsin ki, dövlət başçısının səfərindən sonra münasibətləri korlamaq istəyən qüvvələr yenə də tapılsın. Əgər İran Azərbaycanla münasibətləri yoluna qoymaq istəyirsə birincisi Ermənistana dəstəyindən vaz keçməli, ikincisi isə Azərbaycana qarşı səmimi siyasət yürütməlidir. Bunlarla bərabər İran ölkəsində yaşayan azərbaycanlılara qarşı verdiyi öhdəlikləri yerinə yetirməlidir. Əgər yenə də İrandakı azərbaycanlıları sıxışdırmağa davam edəcəklərsə, bu münasibətlər çətin yumşalsın. Çünki bu, mənəviyyat məsələsidir”.   Qeyd edək ki, bu Azərbaycan prezidenti İrana səfərə gedib. Onun səfər öncəsi İran mətbuatı Azərbaycanla mübahisəli olan Culfa rayonundakı 44 metrlik ərazinin İrana birləşdiyi haqqında məlumat yaymışdı. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5800

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930