Rusiya kəşfiyyatından itmiş təyyarə ilə bağlı şok açıqlama
Təyyarənin sərnişinləri sağ-salamatdır və onlar girov olaraq Pakistanda yeraltı sığınacaqlardan birində saxlanılır
Təyyarənin sərnişinləri sağ-salamatdır və onlar girov olaraq Pakistanda yeraltı sığınacaqlardan birində saxlanılır
32 gündür tapılmayan Malayziya hava yollarına məxsus təyyarənin sərnişinləri girov olaraq Pakistanda saxlanılır.Rusiya kəşfiyyatı sərnişin təyyarəsini “Hiç” ləqəbli şəxs tərəfindən qaçırıldığını iddia edib. Xəbərə görə, bu iddianı dünyanın aparıcı kəşfiyyat orqanları təsdiqləyir. Lakin “Hiç” ləqəbli şəxs barədə heç bir məlumat yoxdur.
Rusiya kəşfiyyatı həmçinin iddia edir ki, sərnişin təyyarəsində olan ekipaj üzvləri ilə birlikdə 239 nəfər sağ=salamatdırlar və onlar girov olaraq Pakistanda yeraltı sığınacaqlardan birində saxlanılır.
Qeyd edək ki, mart ayının 8-də Malayziyadan Çinə gedərkən “Boinq 777” təyyarəsi yoxa çıxmışdı. Təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=5805