Örnək sayılan məmur

18.03.2016 - 10:04

Saatlının nümunəvi fond müdürü qanunun aliliyini hər şeydən üstün tutan Sosial müdafiə fondunun müdürü Hafis Miriyev Rayon Sakinlərinin sevimlisinə çevrilib.

saatliBu yaxınlarda tanış sayıtların birində,Saatlının sosial müdafiə fondunun müdürü Hafis Niftalı oğlu Miriyev haqqında tənqidi bir yazını oxudum. Doğrusu bu məni çox təcübləndirdi. Bir anlığa fikirləşdim,yəni bu qədərdə yalan olar. Ağına – bozuna baxmadan tanımadığın görmədiyin hansısa bir şəxs barəsində yalan yazıb.
Ona böhtan atasan.Bu ən azından özünü peşakar adlandıran Jurnalist üçün heçdə baş ucalığı gətirməz.Yazıda Hafis Miriyevin İcra başçısının birinci müavini İlham Quluyevlə Şərik olduğu,nə bilim Bakı şəhərində evi,ferması,torpaq Sahələri ilaxır və sair uydurmalar qeyd olunurdu. Ortada isə demək olar ki,heç bir faxt yoxdur.
Hafis Miriyev Saatlıda kifayyət qədər hörmətə malikdir. İdarə rəhbərlərindən bəlkə də birincisidir.Xüsusi ilədə kasıb təbəqə arasında böyük nüfuz sahibi olan Hafis Miriyev həmişə digərlərindən seçilib. Hafis Miriyevlə Şəxsi münasibətim olmasada lakin onu hələ pensiya fonduna gəlməzdən xeyli əvvəl tanıyırdım.Kasıb və Zəhmətkeş ailədən çıxan Hafis Miriyev orta məktəbi fərqlənmə ilə bitirib,elə biliyinin gücü ilə ali məktəbə qəbul olub.Əmək fəaliyyətinə fəhləlikdən başlayıb.Hafis Miriyevin qarnı ac olsada başqalarından fərqli olaraq gözü həmişə tox olub.
Alın təri ilə qazandığı halal çörəyini yeyib.
Hafis Miriyevin yüksək vəzifədə işləyən nə bir qohumu var nədəki sahibkarlıqla məşğul olanı. Fakt bax budur ay bəzi sayıtların baş redaktorları Şantaj yolu ilə Hafis Miriyev kimi təmiz – vicdanlı bir şəxsə qara yaxmaqla onun şərəf və ləyaqətinə heç olmasa kölgə salmayın.Onsuzda rayon sakinləri kimin yaxşı kimlərin isə pis olduğunu gözəl bilir.Qaldı ki,yazıda adı hallanan İlham Quliyevə oxuculara aydın olsun deyə bildirək ki, İlham Quliyev İcra Başçısının 1-ci müavini olmamışdan qabaq rayon Sosial Müdafiə fondunun müdiri vəzifəsində çalışıb. Hafis Miriyevdə ki , həmin fonda da mühasib işləyib onların tanışlığı bax buradan başlayıb 2008-ci ildə İcra Başçısı Siracəddin Cabbarov , İlham Quliyevi özünə 1-ci müavin gətirdikdən sonra , bacarığı və savadı ilə seçilən Hafis Miriyevdəki Nazirlik tərəfində fondun müdiri vəzifəsinə təyin olunur. Bunu ona görə xatırladıram ki ,hazırda İlham Quliyevin pensiya fondu ilə demək olar ki, heç bir əlaqəsi yoxdur.Əgər varsa onda bunu kişikimi sübut edin. Ay bəzi sayıt rəhbərləri Hafis Miriyevi digərlərindən fərqləndirən bilirsiniz nədi ? Mərdliyi, sağlam düşüncəsi, və gözəl əxlaqı. Məmurlar var ki, qapını vətəndaşların üzünə bağlayıb, qaranlıq otaqında gözə görünməzə çevrilir. Məmurda var ki, oturduğu binanın hər tərəfinə bir mühafizəçi qoyur və vətəndaşlardan kənar durmaq üçün , qoçu dəstələridə saxlayır, Amma Hafis Miriyev belələrindən deyil qapısı açıq, qəlbi təmiz ,istifadəsində nə şəxsi avtomobili , nə torpaq sahələri, nədə ki, ferması var.Atasının tikdirdiyi köhnə uçuq evindən başqa heç nəyi yoxdur .
Çünki Hafis Miriyevin aldığı tərbiyyə ,vətən sevərliyi , dövlətə məhəbbət hissi və prezdentə Sadiqliyi. Çirkli yollarla var dövələt toplamağa imkan vermir. Yazanda bir düşünün, yüz ölçün bir biçin ən başlıcası isə, Başınızın üstündə heç olmasa Allahı görün. Hafis Miriyevkimi ləyaqətli bir şəxsə ədalətsiz yanaşmayın.
İlham

Short URL: http://www.cumhuriyyet.net/?p=58148

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31