Heydər Əliyev repressiyasının gizlinləri arxiv sənədlərində…

10.02.2013 - 01:36

Qambay Məmmədovun işini aparan SSRI prokurorluğunun mühüm işlər müstəntiqindən və 70-ci
illərin arxiv sənədlərindən maraqlı qeydlər…

 

Dəyərli oxucular, bir müddət öncə yaxın tariximizin əhəmiyyətli hissəsi
olan 1960-70- ci illərdə ölkəmizdə cərəyan etmiş hadisələrə işıq tutmaq üçün
sisilə yazılar dərc etdik. Bu yazılar oxucularımız tərəfindən böyük maraq və
rəğbətlə qarşılandı. Qəzetimizin 1- 4 mart 2014- cü il sayında bu yazılara ara
verib tariximizin qanlı səhifələrindən olan 1994- cü il mart hadisələri ilə
bağlı araşdırma yazılar dərc etdik. Bir çox oxucularımız şərti olaraq
“durğunluq illəri” kimi adlandırılan həmin dövrə aid yazılara ara verməyimizlə
bağlı redaksiyamıza xeyli suallar ünvanladılar, narahatlıqlarını bildirdilər.
Biz o zaman da söz verib bildirmişdik ki, araşdırmalarımız davam edəcək. Budur,
sizə verdiyimiz sözə əməl edərək silsilə yazılarımızı bərpa edirik. Məqsədimiz
yaxın tariximizə işıq tutmaq, arxiv materiallarını, şahid ifadələrini, yaşayan
və dünyasını dəyişən şəxslərin fikirlərini oxucularımıza çatdırmaqdır. Həmin
dövrü araşdıran, tədqiq edən, deməyə sözü olan, mövqeyindən asılı olmayaraq hər
bir şəxsi dinləməyə, fikirlərini dərc etməyə hazırıq.

 

1970- ci illər
represiyasının ən böyük, səs- küylü qurbanlarından biri həmin illərdə ölkənin
baş prokuroru işləmiş Qamboy Məmmədovun başına gələnlər olmuşdur. Arxiv
materiallarında onun haqqında xeyli maraqlı, diqqət çəkən qeydlər var. Bu
qeydlər “durğunluq illəri”- nin təlatümlü hadisələrini, repressiyalarını tam da
olmasa xeyli dərəcədə bu günümüzə çatdıra bilir. Xüsusən, Qambay Məmmədovun işini aparan SSRI prokurorluğunun mühüm işlər müstəntiqi Koliniçenkonun xatirələri, eləcə də arxiv
materiallarından əldə olunan məlumatlar xususən diqqət çəkir.

Müstəntiqin yoxa çıxan kitabı

Azərbaycan
respublikasının keçmiş baş prokuroru Qamboy Məmmədov haqqında açılmış cinayət
işinin istintaqını aparan SSRI prokurorluğunun mühüm işlər üzrə müstəntiqi
Koliniçenko özünün yazdığı müxtəlif kitablarında və bu barədə geniş qeydlər
edib. O, qələmə aldığı kitabları ilə bağlı yazır: 1998- ci ildə mən özümün birinci
kitabımı yazdım. Kitab “140 milyard işi haqqında, yaxud müstəntiqin həyatından
7060 gün” adlanırdı, mən bu kitabı bir yerdə çalışdığım istedadlı və qədirli
istintaq işçilərinin mürəkkəb cinayət işlərinin açılmasında göstərdikləri
rəşadətə və peşəkarlığa ittihaf etmişdim. Kitabda ötən əsrin 80-90-cı illərində
kütləvi oxucuya az məlum olan cinayət işlərinin tədqiqindən söhbət açılırdı.
İlkin razılaşmaya görə kitab “Olimp” nəşriyyatında  3000 tirajla çap edilməliydi. Amma kitab 1000
tirajla buraxıldı və onu kitab mağazalarında görən olmadı. Kitabı kimlərsə
nəşriyyatın direktoru Kaminskinin anbarından başqa anbara  aparmışdılar, orda da yoxa çıxmışdı. Kaminski
bu yox olmanının səbəblərini aydınlaşdırmaq istəmədi.

Yeri gəlmişkən, bu kitabda Koliniçenkonun
Azərbaycanda istintaqını apardığı iki cinayət işinə dair məqalələr də verilmişdi.
“Azərbaycan işi: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş” və “Qanlı
Sumqayıt”.

Əliyevlə qovuşan yollar…

Oleq
İvanoviç Koliniçenko söhbətə aramla başlayır: “Kazaxstan Kommunist partiyasının
birinci katibi Kunayevin 69 yaşı tamam olurdu. Siyasi büronun üzvləri, üzvülüyə
namizədlərin hamısı Alma Ataya  gəlmişdilər.
KQB – dən olanlar mənə danışdılar ki, Azərbaycan KP MK- nın  birinci katibi Əliyevin   təyyarəsi yerə enəndən sonra   çox gözəl
çemodanlar daşınmağa başlandı. “Onların içində nə vardı, deyə bilmərik,
lakin çemodanları biz daşıdıq. Hər birinin üstündə yazılar vardı: Kunayevə, Rəşidova,
Brejniyevə və siyasi büronun digər üzvlərinə.
Mən bu çemodanların içində pul olduğunu söyləyə bilmərəm. Ola bilsin
ki,  gözəl farfor, digər hədiyyələr vardı.
Amma ad günündə  qələm də bağışlamaq
olardı. Kiçik hədiyyəni  gətirmək
üçün  çemodan lazım deyildi.

Azərbaycanın
keçmiş prokuroru Heydər Əliyev haqqında iki cinayət işi açmışdı, amma axıra
çatdıra bilməmişdi…

Respublika rəhbəri  təyin olunan Əliyev vicdanlı və namuslu
adamlardan qisas aldı. Mən bunu sonradan Sumqayıt hadisələrini tədqiq edəndə,
Nadir Quliyevin işini aparanda bir daha yəqin etdim. Qanunu məqsədinin
formasına salanlar, ölkəni  feodal
münasibətlərlə idarə edənlər onu daha böyük
problemlərlə üz-üzə qoydular. Mən bunu Sumqayıt hadisələrini araşdırarkən
bir daha yəqin etdim. Məhz həmin çətin günlərdə qanun deyil, münasibətlərin
gülləsinə tuş gələn Saşa Babayev kimi ağıllı və vicdanlı istintaqçılara ehtiyac
vardı. Əl buyruqçuları üçün  fərqi yoxdu,
təki onlara tapşırıq verən olsun…

 – Siz Əliyev haqqında danışmağa başladınız.
Sizin yollarınız harada kəsişib? – Mən söhbətə müdaxilə edirəm. – Hansı məsələdə?

 


1979-cu ildə Azərbaycanın baş prokuroru Qambay Məmmədov- o əfsanəvi bir insandı.
Stalinqrad döyüşlərinin iştirakçısı,
atüstü  minatan rotanı da o fikirləşmişdi
,-  Azərbaycan SSR Ali Sovetinini
sessiyasında  kürsüyə çıxdı  və Əliyevi “cinayətkar” adlandırdı. Əsasən  pambıq “prepiskasından” danışdı. O vəzifəsindən
çıxarılmışdı, amma  deputat olaraq
qalırdı. Hirslənmiş deputatlar onu sürüyüb kürsüdən düşürdülər. Burda  söhbətə ara verib 1979-cu ilin dekabrına
qayıdaq.

Qamboy Məmmədov
ölkədən necə qaçır?

Bir
dəfə Məmmədov mənə dedi: Bütün yoxlama
materialları məhv edilmişdi. Anonim məktublardan  cinayət işi açmışdılar. Bir neçə gün sonra
Əliyev Bakı şəhər partiya komitəsinin konfransında, az sonra MK plenumunda Məmmədovu
“cinayətkar” adlandırdı. Məmmədov ağır şəkər xəstəsiydi, onu nə gözlədiyini
yaxşı bilirdi. Bir dəfə Məmmədov mənə dedi: Həbs olunmağıma  hazırlıq gedirdi,  həbsxanada mənə iki gün insulin
vurmayacaqdılar və mən komaya  düşüb öləcəkdim.
Mən aradan götürülməyim  üçün belə
bir  variant düşünülmüşdü. Sonra cinayət
işini bağlayar və məni istədikləri kimi günahkar çıxarardılar” Məmmədov DTK
işçilərini və  ona nəzarət edənləri
aldada bilmişdi.

– Hansı yolla?

 

– Özünü elə apardı ki, evində yatıb,
onu gözdən qaçırdılar. Özü səhər saat 4-də yuxudan durub, maşınına oturub
Yerevana gedir. Cünki  hava limanı və dəmir
yolu vağzalı nəzarətdə idi. Yerevanda bilet alır və Moskvaya uçur. Moskvada Məmmədov
müxtəlif  vəzifə sahiblərinin qəbuluna
gedib Əliyevin  pambıqla bağlı cinayətlərindən  danışır, amma
bütün bunlara görə onun özünü məhv etdiyini söyləyir. Həqiqət axtarana
sadə bir yol göstərdilər. Onu   Sov.İKP
MK-ya dəvət edib dedilər:” Siz Heydər Əliyevə inanmaya bilərsiniz, Azərbaycan
KP MK bürosuna inanmalısınız! Yoxsa siz onları da cinayətkar hesab edirsiniz?”
Məmmədov cavab verir: “Əlbəttə, cinayətkar hesab etmirəm!”

“Onda Bakıya  qayıdın, Ali Sovetin sessiyasında dedikləriniz
barədə büroya məlumat verin. Qoy yoldaşlarınız qərar qəbul etsinlər”.

Məmmədovun dediyinə görə, müharibədən sonra
“KQB”-nin istintaq idarəsinin rəisi  kimi
Əliyev haqqında  iki  cinayət işi açıb. Bu işlər perspektivli olub.
Amma  onları bağlayıblar. Buna görə
Əliyevlə aralarında  mübarizə gedib. Mən
otağa daxil olanda Əliyev ayağa durdu. “Aydındır, sus”- dedi. Sonra üzünü digər
büro üzvlərinə tutdu: “Mənim  təklifim
var, partiyaya  yaraşmayan hərəkətinə və  vəzifəsindən sui- istifadəyə görə Məmmədovun
partiyadan xaric edilməsini təklif edirəm. Kim lehinədir?” …

Maşın
işə düşdü… 

Ləkələmək çətin deyildi, qulaqdan çox qulaq, gözdən
çox göz vardı. Əslində fərqinə varmadılar, Məmmədovun adı  çəkilən
hər məktubu götürdülər, Məmmədovun işinə kölgə salan  bütün məktubları redaksiyalardan, MK-dan,
Nazirlər sovetindən, Ali sovetdən yığışdırdılar.


Həmin
işlərin təhlilinə sonra keçərik. Bəs siz onda harda idiniz? Necə oldu ki, mühüm
işlər müstəntiqi kimi Bakıya sizi göndərdilər?

 


Məndən
əvvəl Bakıya bir  mühüm işlər müstəntiqi
gəlmişdi. Bir neçə gün işlə tanış olur. Sonra H. Əliyevə görüşüb Saşa Babyevlə  dost olduğunu ona söyləyir və buna görə də
işi aparmaqdan imtina edir. Deyim ki, SSRİ prokurorluğunun mərkəzi aparatında
Saşa Babayevi  hamı mərd, sözünün ağası, ədalətli
bir hüquqşünas kimi tanıyırdı. Buna görə də iki müstəntiq  göndərilirlər. Onlardan biri sağdır. Mümkün
olsa sizi onunla görüşdürəcəyəm.

 

Cinayət işi
açılsın!…

Məmmədov sessiyadan çox əzgin çıxmışdı. Yeni
prokurora  onun haqqında cinayət işi
açmaq haqqında tapşırıq verilmişdi. Əsas vardımı? Bizdə necə deyirlər. İnsan
olsun, adına cinayət yazmaq asandır. Mən belə düşünürəm ki, Məmmədovu həmin gün
həbs edə bilərdilər. O, artıq  izləndiyini
hiss edirdi. Yolda bir keçmiş iş yoldaşına rast gəldi. Beş dəqiqə söhbət etdilər.
Həmsöhbətinin heç nədən xəbəri yoxdu. Amma bu adamın özü bu söhbətə görə
keçmişlər sırasına  keçirildi.

Məmmədovun şəkəri vardı. Onu iki-üç günə həbsxanada
məhv etmək olardı. Amma o  rəqiblərini
qabaqladı. Gecə ikən Yerevana getdi, oradan Moskvaya uçdu.

SSRİ Ali Sovetində onu qəbul etdilər.

Bakı da Heydər Əliyev nifrətindən özünə yer
tapmırdı…

****

Deməli inanırsınız. Biz tapşırıqlarımızı vermişik,
Bakıya qayıdın, sizə məlum olan sui-istifadə faktları barədə Büroya məlumat
verin. Yoldaşlar araşdırıb sizə məlumat verərlər.

Mənə elə gəlir ki, bu an Məmmədov düşdüyü vəziyyətin
ağırlığını anladı. Artıq dalana girmişdi. Çıxış yolu yoxdu. Bakıya döndü.
Büroda ona qarşı mübarizənin ikinci mərhələsi başladı. Buna hərtərəfli hazırlıq
görülmüşdü.

Büro
iclasına Əliyev sədrlik edirdi. Məmmədovu içəri dəvət etdilər. Amma ağzını
açmağa imkan vermədilər. Əliyev kobud şəkildə onu susdurdu.


Bəsdir
demoqluqla məşğul oldun, biz ona həddindən
çox qulaq asmışıq.

Buro sizin
partiyada  qalıb qalmamanız məsələsini
müzakirə edəcək, respublikada etdiklərinə görə cavab verməlisən.

Qabaqcadan hazırlanmış bir tamaşa  yaltaqlara və boşboğazlara imkan verimədən
başa çatdı.

Əliyev
soruşdu.

-Kim Qambay Məmmədovun partiya sıralarından
çıxarılmasına tərəfdardır?

Büro üzvlərini gözü ilə süzüb dedi:

– Birsəslə!

(ardı gələn sayımızda)

Tacəddin Lətifov

Short URL: http://www.cumhuriyyet.net/?p=5815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31