İlham Əliyev İranda çətinə düşdü

10.04.2014 - 10:05

Azərbaycanın dövlət başçısı Qərbi sancdı, İranın nüvə proyektini dəstəklədi

Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Irana səfərində bəlli olan üç saziş imzalanıb. Fövqəladə halların aradan qaldırılması, hidrometeorologiya və idman sahələrində imzalanan sənədlər barədə mediaya məlumat verilib.
Maraqlı məqamlar isə dövlət başçılarının mətbuata açıqlamalarında olub. Ümumi sözlərdən sonra prezident Həsən Ruhani əsas məsələyə toxunaraq deyib: “Iranla Azərbaycan regional və beynəlxalq məsələlərdə bir-birinin yanında olmalıdır. Güman edirəm ki, biz Xəzər dənizi ilə bağlı problemləri birlikdə həll etməliyik. Biz istəyirik ki, Xəzər dənizi sülh və dostluq dənizi olsun, Xəzəryanı ölkələrin inkişafına yardım göstərsin”.
Bu bəyanat Azərbaycanı Qərblə əməkdaşlığa görə təhdid etməkdir. Ruhani “sülh” və “dostluq” sözlərini işlətməklə iki mühüm məqama aydınlıq gətirir. Birincisi, hazırkı vəziyyəti sülh saymır, çünki burada Qərb şirkətləri var. Ikincisi isə, iki ölkə arasında dostluğun olduğuna dair bəyanatını təkzib etmiş olur.

Əliyev kimi hədəfləyib?

Azərbaycanın dövlət başçısı isə açıqlama verərkən mühitin təsirinə düşüb və Qərbi hədəfə alıb: “Bir çox güclər Iranla Azərbaycanın dostluğunu istəmir, iki ölkə arasındakı münasibətləri pozmağa çalışır. Hesab edirəm ki, iki ölkə rəsmiləri bunun qarşısını almaq üçün çalışmalıdır. Iranla Azərbaycan arasındakı əlaqələri genişləndirmək üçün imkanlar böyükdür. Qarşılıqlı əməkdaşlıq istiqamətində bütün problemlər müştərək bir komissiya çərçivəsində həll edilə bilər. Güman edirəm ki, Iranla Azərbaycan münasibətlərinin inkişafı və genişləndirilməsi Islamın gücləndirilməsinə yardım edəcək. Azərbaycanla Iran terrorizm məsələsilə əlaqədar eyni mövqeyə malikdir. Hesab edirik ki, terrorizmə qarşı mübarizə aparmaq üçün bütün müsəlman ölkələri bir-birinin yanında olmalıdır”.
Ilham Əliyevin “Islamın gücləndirilməsi” deyəndə nəyi nəzərdə tutduğunu bilmək çətin olsa da, aydın məsələdir ki, Azərbaycanda bu gün də “Irana casusu” ittihamı ilə 10-dan çox ruhani həbsdədir. Ilham Əliyev Iranı təhlükə saymırsa, onları niyə həbsə atıb? Yox, əgər Iran təhlükədirsə, həm də Islam funtamentalizmi kontekstində təhlükədirsə, o zaman Bakı Tehranla birlikdə Islamı necə gücləndirəcək?

Nüvə bəyanatı nəyə lazımdır?

Ilham Əliyev çox güman ki, özü də bilmədən diplomatik səhvə yol verib – Iranın nüvə proqramına münasibət bildirib: “Iranın nüvə enerjisi əldə etməsinə müxalif olanlar bu gün bu ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi çərçivəsində apardığı dinc fəaliyyətinin şahididir”.
Bu açıqlamada hədəf təbii ki, Avropa Birliyi və ABŞ-dır. Amma Ilham Əliyev nə Irana, nə də Qərbə münasibətdə Azərbaycanın heç bir təsir gücünün olmadığını bildiyi halda, (bilmirsə, daha pis) bu məsələyə münasibət bildirməklə ölkəni çətin vəziyyətə salır.
Beləliklə, 50 milyonluq azərbaycanlının prezidenti olduğunu iddia edən Ilham Əliyev Güneydəki azərbaycanlılara bir jest belə etmədi. Ya da bunu etmək üçün cəhd də göstərmədi.
Bu səfərin nəticəsini belə şərh etmək olar: Əliyev Iranla dost ola bilmədi, amma Qərbi də sancdı. Biz yalnız ona nail olduq ki, Iran hava haqqında məlumatları bizə deyəcək, Kəmaləddin Heydərovun partlatdıqlarını iranlılar söndürəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=5820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930