Bir cinayətin izi ilə
Uzun müddətdir ki, mediada əslən
Goranboy rayonundan olan iş adamı Müqayis Verdiyevlə bağlı yazılar dərc
olunurdu. Bu yazılarda “dövlətçilik fədaisi” kimi təqdim olunan sahibkarın guya
şərləndiyi və Goranboy rayon icra hakimiyyətinin başçısının sifarişi ilə həbs
olunduğu iddia olunurdu. Apardığımız araşdırmalar və bu araşdırmalar zamanı əldə
etdiyimiz şok məlumatlar isə reallığın tam fərqli olduğunu ortaya qoyur. Bildiyiniz
kimi, Baş Prokuror Yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş icraçısı M.Verdiyevin qanunsuz hərəkətləri
ilə baglı başlanmış cinayyət işinin istintaqı yekunlaşaraq CM 178.3.2(dələduzluq)
və 179.3.2 və 213.1(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə
barəsində həbs qətimkan tədbiri seçilib və baxılması üçün aidiyyatı üzrə Gəncə
Ağır Cinayətlət Məhkəməsinə göndəriblər. İlk olaraq gəlin, Müqayis Verdiyevin
Goranboydan öncəki əməllərinə diqqət yetirək.
İmişlidən başlayan “əməliyyat”
Yaxud fəhlənin pulunu mənimsəyən
iş adamı…
Sifarişli və müəyyən məqsədlərlə
(bu məsələyə irəlidə qayıdacağıq) yazılan məqalələrdə mələk kimi qələmə verilən
M.Verdiyev ilk macərasını İmişlidə yaşayıb. Hələ burda dövlət sifarişini yerinə
yetirərkən o, fəhlələrin pulunu vermədən sözün həqiqi mənasında aradan çıxıb.
Bu məsələ ilə apardığımız araşdırmalar zamanı aldadılan fəhlələrdən biri Şirvan
şəhər ev 9, döngə 1-də yaşayan Hüseynov Fariz Aydın oğlu ilə söhbətləşdik.
F.Hüseynov bildirdi ki, 2012-ci ilin avqust ayında abadlıq işlərində usta kimi
işləmək üçün İmişli səhərinə gəlib. Dövlət sifarişinin icraçı podaratçısı kimi
M.Verdiyevlə anlaşaraq işə başlamaq üçün daha 15 nəfəri cəlb edən F.Hüseynov
başına gələnləri bizə belə danışdı: “Mən işləyən zamanı Müqayis Verdiyev dəfələrlə
mənim işlədiyim yerə gəlib, mənim işimə nəzarət edib, mən ondan zəhmət haqqı
barədə soruşanda O, pulun roblem olmadığını və ödəyəcəyini söyləyirdi. Mən
45-50 gün orda çalışdıqdan sonra M.Verdiyevdən əmək haqqımı istədim. O isə
cavabında sabah verərəm deyib getdi. Həmin gündən sonra 1 həftə M.Verdiyevi görmədim.
Vəziyyətim acınacaqlı olduğundan onun yaxın adamlarının vasitəsilə onunla əlaqə
saxladım. M.Verdiyevə ac olduğumu, 3 gündür heç nə yemədiyimi söylədim, o isə
pul icra hakimiyyətindən verilmədiyini 1 həftədən sonra alacağını söylədi. Mən
məcbur olub Şirvana evimə qayıtdım və 1 həftədən sonra yenidən İmişliyə
qayıtdım amma M.Verdiyevi tapa bilmədim. Mən dəfələrlə M.Verdiyevlə əlaqə
saxlamaq istədim amma o, mənim telefon zənglərimə cavab vermədi. Mən M.Verdiyevə
görə çox pis vəziyyətə düşmüşəm, mənim İmişliyə apardığım ustalar mənim evimə gəlib
pullarını tələb edirlər”.
Bu xeyli sayda aldadılmış usta və
fəhlələrdən birinin başına gələnlərdir. Amma belə aldatma prosesi İmişli ilə
yekunlaşmayıb, eyni hadisə Goranboydada təkrarlanıb.
İş adamının abadlıq maxinasiyaları
Bböyük kapitallar nə ilə əldə olunub?
Bildirək ki, Müqayis Verdiyev
İmişli kimi Goranboy rayonunda da tikinti-abadlıq işlərini götürmüşdür. Ona
dövlət tərəfindən ayrılmış pullar İmişlidə olduğu kimi Goranboy rayonundada vaxtı-vaxtında
çatdırılmışdır. Lakin M.Verdiyev bu pulları bir neçə şəxslərlə əlbir olaraq, təmir-tikinti
üçün ayrılmış pullara sahib çıxmışdır və fəhlə və ustalara çatası məbləğin
böyük hissəsini mənimsəmişdir. Əlbətdə bu da Müqayis Verdiyevin siyasəti idi.
Belə ki, O, hər iki rayonda işləyən usta və fəhlələri ölkə rəhbərliyindən və
yerli icra hakimiyyəti orqanlarından narazı salmağa çalışırdı ki, sabah
pullarını tələb edən fəhlələrə günahkarın yuxarı rəhbərlikdə olduğunu söyləyə
bilsin. Onun bu hərəkəti dəfələrlə usta və fəhlələr arasında münaqişəyə səbəb
olmuşdur. Çünki Müqayis Verdiyev ustalarla fəhlələri də üz-üzə qoyaraq onların
təmir-tikinti işlərinin zəiflətməsinə gətirib çıxarmışdır. Amma M.Verdiyev bu
günahları üstündən dolayısı yolla atmağa çalışırdı. Onun dəfələrlə bir neçə
kütləvi informasiya vasitələrində guya ki, icra hakimiyyətləri bunun pullarını
mənimsəmişlər kimi çıxışları olmuşdur. Araşdırmalarımızın nəticəsində məlum
olmuşdur ki, M.Verdiyev adı qeyd olunan rayonlara tikinti-abadlıq üçün dövlət tərəfindən
ayrılmış pulları icra hakimiyyətlərindən 1 qəpiyinə qədər almış, lakin usta və
fəhlələrə ödəməmişdir. Bunun əyani sübutudur ki, Müqayis Verdiyevin həyətində
3-4 bahalı maşınlar vardır. Onlardan “HONDA PİLOT”, MERSEDES”, PORCHE PANAMERA”
markalı bahalı avtomaşınların adlarını çəkə bilərik. Hətta Müqayis Verdiyevin
Baki şəhərində ən mənzərəli yerlərdə villalarının olduğu bizə məlumdur. Sual
olunur: Müqayis Verdiyev bu qədər pulları hardan qazanıb? Onun adı qeyd olunan
rayonlarda usta və fəhlələri narazı salaraq, hakimiyyətin üstünə qaldırmasının
səbəbi nədir? Həhayət ki, aydın oldu.
Şərləndiyini iddia edən “mələyin”gerçək siması
Yaxud Müqayis Verdiyev əslində kimdir?
Elə buradaca iki məqamı qeyd etmək
vacibdir. Bugün günahsızlıq carçısı kimi aləmə səs salmağa çalışan Müqayis Verdiyev
nəinki özü dediyi kimi Goranboy rayon icra hakimiyyətinin başçısı tərəfindən şərlənib,
əksinə bizim yerli mənbələrdən aldığımız məlumata görə N.Quliyev həm bir həmyerli,
tanıdığı şəxs kimi dəfələrlə onu çətinliklərdən xilas edib. Yerli mənbəmiz İcra başçısının oğlu barəsində
M.Verdiyevin əsassız böhtanlarına da aydınlıq gətirdi. Başçının
oğlu Ramal Quliyev həqiqətən də təyinatla 2010-cu ilin əvvəlindən 2012-ci ilin
ortasına qədər Kapital Bank ASC-nin Mingəçevir şəhər filialına rəhbərlik edib.
Mingəçevir şəhərində işləməsinə baxmayaraq o, Goranboy rayonunda yaşayırdı.
Məlumatımızdan o, çox sadə və əsl Azərbaycan gəncinə uyğun davranışıyla
nümunəvi insanlardan biri idi. Onun barəsində M.Verdiyevin
əsassız böhtanlara tamamilə cəfəngiyatdır. Sonradan aldığımız məlumata görə
başqa bir bankdan yüksək vəzifə təklif olunduğu üçün o, 2012-ci ilin iyul
ayında ərizəsini yazaraq işdən çıxıb və Ramal müəllim Bakıda hal-hazırda həmin
bankda mühüm bir vəzifədə çalışır. Nə bilsinlər ki, üzdə özünü “mələk”görsədənin gerçək siması nədir?
Goranboyda aparılan tikinti-abadlıq işlərində fəhlə kimi çalışan və onlarla digər
vətəndaş kimi haqqı yeyilən Tərtər rayon sakini Rasim Fərəcov deyir: “Goranboyda
hamı bilir ki, M.Verdiyev hələ İmişlidə həbs olunmalı idi. Amma hansı
yollarlasa da o, həbsdən canını qurtara bildi. Goranboy rayon rəhbərliyi də
onun öz rayonuna daha çox canyandıracağı ümidi ilə işləri ona verdi. Biz işlədiyimiz
dövrdə belə o,ara-sıra işçilər arasında icra başçısına qarşı təbliğat aparırdı.
Ancaq icra başçısı işin gedişinə nəzarətlə bağli tikintiyə baş çəkəndə
M.Verdiyev az qalırdı diz çəksün qarşısında. Sonda biz pulumuzu ala bilməyəndə
bunun səbəbini anladıq. Bir sözlə M.Verdiyev İmişlidə etdiklərini Goranboyda təkrarladı.
Amma bu dəfə cəzasız qalmadı”. Beləliklə də, Müqayis Verdiyevin iç üzü ortaya
çıxdı. Aydın oldu ki, bu qədər mətbuatda böhtanları atmağın bircə səbəbi var
ki, o da ortalığı qatıb, öz əməllərinin üstünü ört basdır etməkdən ibarətdir. Fəhlələrin
pulunu mənimsəmək, şər-böhtan atmaqla öz şəxsi mənafeyi üçün bəzi insanlardan
pul tələb edib, aldığı əmlakların qarşılığında yaranmış külli miqdarda olan
borclarını ödəmək. Əsl məqsəd budur.
İcra başçısına qarşı şantaj kampaniyasının pərdəarxası
Yaxud Anar Verdiyev nə ilə məşğuldur?
Bütün bunlardan sonra Müqayis Verdiyevin
yalanlarına daha ciddi ittihamlar əlavə olunur. Belə ki, bizim araşdırmalarımız
zamanı etibarlı mənbə iş adamının həbsindən sonra oğlu Anar Verdiyevin əməllərindən
bəhs etdi. Verdiyevlərə yaxın olan mənbə deyir: “Anar Verdiyev atasının həbsindən
sonra müxtəlif yollarla pul qazanmaq eşqinə düşür. Bu cavan oğlan, bahalı
maşınlar, avropa stilli uzun saçlar və geyim həvəskarı kimi əyləncələrə çox
meyilli olduğundan, maddi tələbatlarını şantaj və yalanlarla ödəməyə başlayır.
Atasının dostları arasında böyük bir yardım kampaniyasından yığdıqlarını xəcləyib
qurtaran Anar Verdiyev daha sonra media ilə işləməyə başladı. Bunun üçün bir
çox sayt və qəzetlərlə əməkdaşlıq edilib. Bu media orqanlarına Goranboy rayonu
ilə bağlı böhtan xarakterli məlumatlar verilir, Anar Verdiyev isə həmin media rəhbərlərinə
söz verir ki, rayonda ona yaxın olan şəxslər vasitəsilə yazıları icra hakimiyyətinə
çatdıracaq. Bundan sonra hansısa maddi qarşılıq olarsa Anar Verdiyev də müəyyən
paya sahib olar. Özü də Anar Verdiyev bu prosesdə ikitərəfli qazanır. Bir
yandan da atasına onun mediada müdafiəsi üçün xeyli pul xərclədiyini bildirərək
ailə büdcəsindən də pul silir”.
Borclar kralının həbsxana macərası
Yaxud M.Verdiyevi kimlər himayə edir?
Yazının bu yerində xatırladaq ki,
bu Müqayis Verdiyevin barəsində başlanan ilk cinayət işi deyil, silsilə cinayətlərin davamıdır. Birinci dəfə
M.Verdiyev 26 noyabr 1998-ci ildə Azərbaycan Recpublikası Prokurorluğu tərəfindən
mənimsəmə və israf etmə maddəsi ilə 4 il müddətinə; İkinci dəfə M.Verdiyev 23
may 2002-ci ildə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə dələduzluq maddəsi
üzrə 8 il azadliqdan məhrum etmə cəzasına məhkum edilib. M.Verdiyev bu cinayətlərlə
kifayətlənməyib. O, bir neçə nəfəri aldadaraq pulunu mənimsəyib. Belə ki,
Ağakişiyev Vüsal Zakir oğlundan qaytarmaq adı ilə 210 min manat alıb. Lakin borcu ödəmədiyi üçün Ağakişiyev məhkəməyə
müraciət edib. Goranboy Rayon Məhkəməsi 21 noyabr 2011-ci ildə bu işə baxıb və
iddianı təmin edib.
Bundan başqa Müqayis Verdiyev Əliyev Tahir Yunis oğlundan da 100 min
dollar borc pul alıb və yenə də qaytarmayıb. Tahir Əliyev məhkəməyə müraciət
edib və 12 oktyabr 2012-ci ildə Goranboy Rayon Məhkəməsində işə baxılaraq iddia
təmin edilib.
Göründüyü kimi Müqayis Verdiyev həmişə
qanunazidd əməllərin sahibi olub. Odur ki, su çanağı suda sınar. Ən müxtəlif mətbu
nəşrlərdə özünü sudan duru çıxarmağa çalışan Müqayis Verdiyev həqiqətdə budur”.
Amma başqa bir həqiqət daha dəhşətlidir. Bu
M.Verdiyevin hansısa gözəgörünməz qüvvələr tərəfindən himayə olunmasıdır.
Adının çəkilməsini istəməyən mənbəmiz Verdiyevlərlə bağlı daha dir şok məlumatın
üstünü açdı: “Müqayis Verdiyevin həbsxanada olmasına baxmayaraq bəzi məhdudiyyətləri
aşa bilir. Onun oğlu bir çox media mənsublarına atası ilə həbsxanada rahat
görüş təşkil edə biləcəyini, hətta audio və video yazıya şərait yaradacağını vəd
edir. M.Verdiyevin özünün də həbsxanada rahat şəkildə telefondan istifadə
etdiyi və bəzi media mənsubları ilə danışdığı məlumdur”. Mənbəmiz həmin media
orqanlarının radikal müxalifət cəbhəsinə aid olduğu bildirilir. Özünü dövlətçilik
fədaisi kimi təqdim edən şəxsin müxalifətlə belə sıcaq münasibətləri isə onun
iç üzünü açıb görsədir. Amma bu şəxsin həbsxanadakı şəraiti haqda iddialar
artıq hüquq mühafizə orqanlarının araşdıracağı bir məsələdir.
Verdiyevlər
indi də mətbuata car çəkməyə çalışırlar ki, guya Verdiyevlər heç vaxt, heç kimə
şər böhtan atmayıblar. Bu yazıların dərc olunmasında günahkar saytlardır ki,
jurnalistlər yazıları araşdırıb dərc etməli idilər. Yəni, bunların heç bir
günahı yoxdur. Onu da xatırladaq ki, Goranboy rayon İcra başçısının müavini
B.Abdullayev Verdiyevləri saytlarda ona qarşı təhqiraməz ifadələrinə və şəh,
böhtanlarına görə məhkəməyə müraciət etmiş və vəsatət xüsusi ittiham qaydasında
icraata qəbul edilmişdir. İndi də Verdiyevlər özlərini sudan duru çıxarmağa çalışırlar
ki, müavin ərizəsini geri götürsün. Əgər böhtan atmamısansa, bizim qanunlarımız
var, nədən çəkinirsiniz? Mətbuata car çəkməkdənsə ki, İcra başçısının
prokurorluğa məktubu əsasında həbs edilmişəm, birincisi düşünmək lazımdır ki, əgər
İcra başçısı məktub yazmışsa belə, insan məktuba əsasən yox, künahı varsa və
günahın istintaqla təsdiq edılərsə həbs edilir. Bunu savadsız insanlar bilməyə bilər.
Ancaq dəfələrlə məhkumluq həyatı yaşayan və bu qəfəsdən zövq alan M.Verdiyev dəqiq
bilir. İstintaq da bunu təsdiq edir. Bildiyiniz kimi, Baş Prokuror Yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş icraçısı M.Verdiyevin qanunsuz hərəkətləri
ilə baglı başlanmış cinayyət işinin istintaqı yekunlaşaraq CM 178.3.2(dələduzluq)
və 179.3.2 və 213.1(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə
barəsində həbs qətimkan tədbiri seçilib və baxılması üçün aidiyyatı üzrə Gəncə
Ağır Cinayətlət Məhkəməsinə göndəriblər Buyurun günahsızlığınızı məhkəmədə
sübut edin.
Ola bilsin ki, ertəsi gün Verdiyevlərin nümayəndələrindən
biri yenə də mütbuata çıxacaq və yenə də ittihamlar səsləndirəcəklər. Amma bu
ittihamların əsasının olmadığı barədə yuxarıdakı faktlar yetərli qənaət
formalaşdırır. Tək qalan mətbuatın bu istiqamətdə haqlı mövqe tutmasıdır. Yəni,
KİV-lər kiminsə, nələrisə iddia etməsini mediatik maraqlar fonundan daha çox,
haqq-ədalət tərəzisindən qiymətləndirməlidir. Bizcə, əsl mətbuat da elə
budur….
Short URL: http://www.cumhuriyyet.net/?p=5821