Rusiya Qazaxıstana qarşı ərazi iddiası qaldırdı

10.04.2014 - 10:35

Rusiya Qazaxıstana qarşı ərazi iddiası qaldırdı

Rusiyanın Xakasiya bölgəsinin Ali Şurasının sədri Vladimir Ştıqaşev Prezident Vladimir Putinin yürütdüyü xarici siyasəti dəstəklədiyini açıqlayıb.   
Ştıqaşev Qazaxısatanın şərq əyalətləri də daxil olmaqla, Rusiyanın keçmiş Sovet respublikalarına qarşı ərazi iddialarına haqq qazandırıb. Onun sözlərinə görə, bir çox tarixçi son 70 ilin hadisələrini elə də dərindən bilmir:   “Məsələn, Qazaxstanın şərq bölgəsi həmişə Rusiyanın tərkibində olub. Torpaq azlığından İşim (Omsk) vilayətinin bir hissəsi Qazaxstana verildi və Karaqanda adlandırıldı. Bu, elə də uzaq olmayan tarixdə – 1936-cı ildə baş verdi. Verdiyimiz beş vilayətdən sonra Qazaxıstan muxtar vilayətdən Qazaxstan SSR-ə çevrildi. Bu torpaqlarımız olduqca etinasız şəkildə verilib”.    Respublika parlamenti sədri həmçinin əlavə edib ki, Karelo-Fin SSRİ də SSRİ-nin tərkibində olub:   “Baltikyanı dövlətlər isə mövcudluqlarına görə Rusiyaya borcludurlar. Osmanlı İmperiyasının təsirini azaltmaq üçün Cənubi Qafqaz ölkələri həmişə Rusiyaya meyl göstəriblər. Günlərin birində xalq ölkəsinin itirilən torpaqlarını bərpa etməyə qalxa bilər. Niyə də yox? Xalq söz sahibidir. Hökumətin nə düşünməsindən asılı olmayaraq, qərarı xalq verir. Referendum bunu təsdiqlədi. Bu yaxınlarda Qazaxsatanda sorğu keçirildi və əhalinin 80 faizi Rusiya ilə birləşməyə səs verdi”.(axar.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930