Qorbaçov SSRİ-ni dağıtdığına görə həbs edilə bilər

10.04.2014 - 10:52

Qorbaçov SSRİ-ni dağıtdığına görə həbs edilə bilər

Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib.
Anspress-in məlumatına görə, deputatlar müraciətdə bildirirlər ki, SSRİ vətəndaşları keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunmasını dəstəkləsə də, o dövrki hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb oldu.
Dövlət Dumasının bir qrup millət vəkili Mixail Qorbaçova qarşı cinayət işinin açılmasını tələb ediblər.
Baş Prokurorluğa göndərilən müraciət həmçinin qeyd olunur ki, 4 noyabr 1991-ci ildə SSRİ Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən dövlət təhlükəsizliyi haqqında qanunların icrasına nəzarət İdarəsi prezident Qorbaçova qarşı cinayət işi açıb. Lakin bir gün sonra, Sovet rəhbərinin təzyiqi altında, SSRİ Baş Prokurorluğu cinayət işinin açılması barədə qərarı ləğv edib.
Deputatların fikrincə, SSRİ-nin dağılması son 23 ildə ən aktual məsələlərdən biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930