Oliqarxlar media holdinq yaradır
Məqsəd rəqibləri “vurmaq” və parlament seçkilərinə hazırlıqdır
Hakimiyyətdəki oliqarx məmurlar media holdinq yaratmağı düşünür. Bu sırada daha çox nəqliyyat naziri Ziya Məmmədovla neft şirkətinin prezidenti Rövnəq Abdullayevin adı hallanır. Rövnəq Abdullayevlə bağlı artıq məlumatlar ictimailəşib. Onun bu istiqamətdə ilk addımlarından biri kimi report.az xəbər portalının yaranması göstərilir. Bildirilir ki, bu xəbər portalı məhz Rövnəq Abdullayevə məxsusdur. Ziya Məmmədova gəlincə, hələlik onun adı ilə bağlı hər hansı media quruluşu yoxdur. Lakin bildirilir ki, nəqliyyat naziri yaxın vaxtlarda media holdinq yaradacaq.
Indiyə qədər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Prezident Administrasiyası ictima-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Paşayevlərin nəzarətində media quruluşlarının olduğu deyilirdi.
Oliqarxların media sahəsinə maraq göstərməsi isə əsasən hakimiyyət daxilindəki ziddiyyətlərlə izah olunur. Yəni, hər bir qruplaşma rəqiblərinin zərbəsini nəzarətlərində olan media vasitəsilə dəf etmək niyyətindədir. Bundan başqa bildirilir ki, məsələnin kökündə 2015-ci ildə keçiriləcək parlament seçkiləri dayanır. Iqtidarda təmsil olunan oliqarxlar parlamentdə daha çox təmsilçilik uğrunda da mübarizə aparırlar aparırlar. Bu mübarizədə isə təbii ki, medianın rolu misilsizdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5828