Saatlı və Sabirabadda "işıqpulu üsyanı"

10.04.2014 - 13:00

Saatlı və Sabirabadda “işıqpulu üsyanı”

Aprelin 10-da Saatlının Yeni Novruzlu kəndinin 50-dən çox sakini etiraz aksiyası keçirib. Onlar elektrik borclarına görə yüksək cərimələnmələrinə etiraz ediblər. Polis aksiyanı dağıdıb.
Dünən axşamdan aksiya fəallarından bir neçəsinə aksiyaya çıxmamaq üçün təhdid olunduğu da bildilir.
 
Kəndə çoxsaylı polis qüvvələri yeridilib.
***
Yeni Novruzlu kəndindəki etiraz aksiyasından sonra növbəti aksiya Sabirabadın Camallı kəndində başlayıb.
 
Bu aksiyada da kəndlilər elektrik borclara görə yüksək cərimələnmələrinə etiraz edirlər. Novruzludakı aksiyanı dağıdandan sonra polis Camallı kəndinə gedib.
 
Bu kəndlərin sakinləri “Azadlıq” radiosunun hadisə yerində olan müxbirinə bildiriblər ki, iki gün əvvəl onlara Sabirabad elektrik şəbəkəsindən cərimə qəbzləri göndərilib. Qəbzlərə görə, sakinlərin ən az 400, ən çox 1300 manat borcu var.  
 
Bu cür cərimə qəbzləri Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Muradbəyli, Naxalıq kəndlərinin sakinlərinə də göndərilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930