NATO Rusiyaya qarşı plan hazırlayır
NATO Rusiyaya qarşı plan hazırlayır
NATO rus təhlükəsi qarşısında qalan Şərqi Avropa ölkələrinə öz hərbçilərini göndərmək niyyətindədir. “Axar.az” xəbər verir ki, bu barədə ruslara qarşı tədbirlər planı hazırlayan Alyansın Avropadakı hərbi qüvvələrinin komandanı general Filipp Bridlov məlumat verib. Onun sözlərinə görə, havada, quruda və dənizdə görüləcək tədbirlər NATO-nun Şərqdəki müttəfiqlərinin qarantiyası olacaq. General bildirib ki, bu missiyada NATO üzvü olan hər bir ölkə iştirak edə bilər və sözügedən plan gələn həftəyə hazır olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=5838