Rus general Azərbaycanı hədələdi…

10.04.2014 - 14:23

Rus general Azərbaycanı hədələdi…

“Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələri Ermənistana  təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcək”. 
Modern.az saytı “Regnum”a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenko deyib. Rus general hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsinin də yaradıldığını xatırladıb. O bildirib ki, 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbiçiləri ilə birgə vahid plan üzrə hərəkət edir. 
“Biz həmçinin Rusiya və Ermənistanın hava hücumundan müdafiənin vahid regional sisteminin yaradılması planı üzərində də işləyirik”-deyə P.Kuroçenko qeyd edib.
Xatırladaq ki, sözügedən hərbi hissənin polkovniki Andrey Ruzinski də bir müddət öncə belə bir bəyanatla çıxış etmişdi.
  
Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü hərbi bazası 1995-ci ildə müqavilə əsasında fəaliyyətə başlayıb. Hərbi hissə MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu il avqustun 20-də tərəflər bazasının yerləşdirilməsi haqqında müqavilənin müddətini artırıblar.  1995-ci ildə imzalanan müqavilənin müddəti isə  25 il təşkil edirdi. Hazırda isə sənəd 2044-cü ilədək qüvvədə olacaq.  
Bu tipli açıqlamalar Rusiyanın işğalçı Ermənistana hərbi dəstəyinin açıq ifadəsidir.
Belə bəyanatlar Azərbaycan işğal altında olan  öz torpaqlarını azad etmək üçün haqlı hərbi müdaxilə ehtimallarına reaksiyadır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5840

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930