Fətullah Gülənin sensasion xəyanəti üzə çıxdı – Şok məktub

10.04.2014 - 15:28

Fətullah Gülənin sensasion xəyanəti üzə çıxdı – Şok məktub

“Hizmət” hərəkatı “erməni soyqırımı”nın ildönümü ərəfəsində ABŞ-a,yəhudi lobbisinə Türkiyəni aşağılayan şikayət məktubu göndərib
Fətullah Gülənin  fəxri başqan olduğu  Barış Adaları İnistutunun xarici ölkə səfirliklərinə göndərdiyi sensasion məktub ələ keçirilib.
Avropa.info xəbər verir ki, Türkiyə haqqında qarayaxma ilə dolu məktubda “90 illik demokratiya təhlükədədir”  kimi ifadələr işlədilib. 
Türkiyənin 2015-ci ildə  BMT-nin  Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması üçün Nyu- Yorkda danışıqlar aparan xarici işlər naziri Əhməd Davudoğlunun gündəmə gətirdiyi  “paralel yapı”nın xəyanət dolu məktubu üzə çıxdı. Gülən camaatının yalanlamağa çalışdığı məktubda Türkiyə əleyhinə ağır iddialara yer verilir. 
Fətullah Gülənin fəxri başqan olduğu, “paralel yapı” ya aid  Barış Adaları İnistutunun ABŞ-dakı xarici ölkə səfirliklərinə və təşkilatlara göndərdiyi məktubda Türkiyədə demokratiyanın təhlükədə olduğu bildirilir.

  
Türkiyənin 24 aprel  yalançı “erməni soyqırımı” üçün  lobbi fəaliyyəti ilə məşğul olduğu bir vaxtda , ABŞ-dakı xarici ölkə səfirliklərinə göndərilən məktubda  Türkiyə ağır ittihamlarla qaralanır. Qara piarla dolu məktubda, Türkiyə  insan azadlıqlarını məhv etdiyi, başdan ayağadək yolsuzluq və rüşvət içində olan bir ölkə kimi təsvir olunur. Budan başqa məktubda  baş nazir Ərdoğan haqqında  ittihamlar irəli sürülür. Baş nazirin özünə və hökumətinə qarşı aparılmış əməliyyatlara kəskin reaksiya verməsindən şikayət edilir.
Məktubun 3-cü bəndində Fətullah Gülənin siyasətə qarşı bir güc olduğunu deyən  insitut təmsilçisi, özlərinin “Hizmət” hərəkatından olduqlarını bildirirlər. Mehmet Klıc imzalı məktubda  Gülən camaatının heç bir siyasi namizədi olmadığı və partiya anlayışı içində olmadıqları da qeyd edilib.
Məktubun  Orta Şərq və Türkiyə ilə əlaqələri olan ölkələrin səfirliklərinə, ABŞ Konqresinin Nümayəndələr palatasının və Senatın bəzi üzvlərinə, ABŞ başda olmaqla  yəhudi lobbisinin maliyyələşdirdiyi  bir çox təşkilatlara göndərildiyi bildirilir.
Fətullah Gülənin 17 dekabr olaylarında əlinin olmadığı bildirilən məktubda, onun vəkillərinin şikayətinə də yer verilir. 
Qeyd edək ki, məktubu ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlayıb. Xarici ölkə rəsmilərinin  ABŞ mətbuatına da göndərilən məktubu  ona verdiklərini deyən Davudoğlu bu məktubdan təssüfləndiyini dilə gətirib.
Məktub Barış Adaları İnistutunun direktoru  Mehmet Klıcın imzası ilə göndərilib

Short URL: http://www.cumhuriyyet.net/?p=5843

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728