SSRİ-nin dağılması indi Rusiya və Ukraynada təkrarlanır

10.04.2014 - 15:45

SSRİ-nin dağılması indi Rusiya və Ukraynada təkrarlanır

“SSRİ-nin dağılması ərəfəsində ölkədə baş verən hadisələr bu gün Rusiya və Ukraynada yaşanır. SSRİ-nin dağılması necə xaricdən təşkil edilmişdirsə, bu gün Rusiya və Ukraynada da eyni ssenari təkrarlanır”. ANS PRESS-in məlumatına görə, bunu hakim “Vahid Rusiya” partiyasından olan millət vəkili Yevgeni Fyodorov deyib.
“Bir qrup deputat Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət etmişik. Sorğuda bildirilir ki, 1991-ci ildə ölkəyə edilən xarici müdaxilələr nəticəsində həyata keçən dövlət çevrilişinin əsl səbəbləri araşdırılsın”, Yevqeni Fyodorov bildirib.
Onun sözlərinə görə, SSRİ-nin dağılmasına xidmət edən qüvvələr bu gün Ukraynanı dağıtmağa çalışır.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib. 
Müraciətdə SSRİ-də keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunmasını dəstəkləsə də, o dövrki hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb olduğu bildirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5844

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031