Prezident oğurluqda ittiham olundu

10.04.2014 - 16:03

Putin oğurluqda ittiham olundu

Rusiya prezidenti Vladimir Putin ideya oğurluğunda ittiham olunur. Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dərsliyindən vaxti ilə SSRİ-yə qarşı istifadə etdiyi gizli əməliyyatların ideyasını oğurlayaraq tətbiq etməkdə qınanıb. 
“The Washington Post” qəzetinin yazdığına görə, Putinin Krımı işğal etməsi və Ukraynanın şərqində həyata keçirdiyi hərbi xarakterli əməliyatlar daha çox vaxtı ilə MKİ-nin istifadə etdiyi gizli əməliyyatlara oxşayır.
Qəzetin yazdığına görə, bu əməliyyatlar daha çox Ronald Reyqanın ABŞ-a prezidentlik dövründə həyata keçirilib. “Belə ki, Reyqan Moskva rəhbərliyi ilə dünyanın müxtəlif bölgələrində baş-başa gəldikdə oradakı hərəkatları dəstəkləyərək, Rusiyanı bununla hesablaşmağa məcbur edirdi. Necə ki, belə əməliyyatlar Əfqanıstanda, Nikaraquada, Anqolada, Polşada və Şərqi Avropada həyata keçirilib. Amerika yerli əhalinin narazılığından istfadə edərək Rusiyaya qarşı istifadə edirdisə, indi Rusiya da bu metoddan yararlanır”,-deyə məqalədə qeyd olunur.
Mətbuatın yazdığına görə, Putin elə son Krım hadisələrində də ABŞ kəşfiyyat metodundan istifadə edərək öz hərbi qüvvələrini yerli özünümüdafiə qüvvələri adı altında heç bir tanınma nişanı olmadan proseslərə qatıb: “Bununla o, Krımın işğalında rəsmi iştirakını gizlətməyi bacardı və heç bir fakt ortaya çıxarılmadı. Rusiya indi isə Ukraynanın şərqində sabitliyi pozmaq üçün MKİ-nin Polşada istifadə etdiyi metodlardan bəhrələnir. ABŞ-da 1980-ci illərdə Polşada “Solidarnost” təşkilatına müxtəlif formada dəstək verirdi və bu dəstəyi aşkarlamaq çətin olurdu.
Belə ki, ABŞ “Solidarnost”a dəstək vermək üçün MKİ əməkdaşlarını katolik kilsənin işçisi qismində təqdim edirdi və onlarda təşkilatı SSRİ-yə qarşı mübarizəyə sövq edərək ruhlandırırdı və bu da sonda öz müsbət bəhrəsini verdi”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5845

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930