Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edilib

10.04.2014 - 19:10

Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər
Avropa Şurası Parlament Assambleyasında Rusiya Federasiyasının qurumdakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı hesabatın müzakirəsi yekunlaşıb. Keçirilən səsvermə nəticəsində Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib.
Müzakirələrin yekununda hesabatın müəllifi Stefan Şennax özü şəxsən Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb. Məruzəçi parlamentarları hesabatda qeyd olunmuş şəkildə, yalnız nümayəndə heyətinin səsvermə hüquqlarının alınmasına səs verməyə çağırıb. Bundan başqa, avstriyalı millət vəkili Rusiya ilə münasibətləri aydınlaşdırmaq məqsədilə bu ölkə ilə Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna kimi qonşu ölkələrə AŞPA daxilində xüsusi qrup yaradılmasını təklif edib. Onun fikrincə, assambleyanın alt komitəsi formatında fəaliyyət göstərəcək bu komitə həmin ölkələrlə Rusiya arasında münasibətləri nəzərdən keçirə bilər.
Daha sonra hesabata əlavə və dəyişiklik təklifləri üzrə müzakirə və səsvermə keçirilib. Ukraynalı və Rusiyaya qarşı tənqidi mövqe sərgiləyən deputatların təklif etdikləri dəyişikliklər keçsə də, Gürcüstan millət vəkillərinin təklifləri qəbul olunmayıb. Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin tam şəkildə ləğvinə dair əsas əlavə və dəyişikliklərdən hesab olunan 3, 6, 11, 12, 14 saylı əlavə və dəyişikliklər qəbul edilməyib. Bununla belə, hesabatın 7 saylı dəyişikliyi və dəyişikliyə əlavə qəbul olunub. Bu dəyişikliklərə əsasən Rusiya nümayəndə heyətinin səsvermə hüquqları 2014-cü ilin sonuna qədər dondurulur. Bundan başqa, Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər.
Sonda qətnamə layihəsi bütünlüklə səsə qoyularaq səs çoxluğu ilə (145 lehinə, 21 əleyhinə) qəbul olunub

Short URL: http://www.cumhuriyyet.net/?p=5848

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728