Evlərin və binaların damındakı su çənləri söküləcək

10.04.2014 - 20:50

“Azərbaycanda su tariflərinin artacağı gözlənilmir. Hazırkı tariflər bugün bizim gəlirlə işləməyib, fəaliyyət göstərməyimiz üçün yetərlidir”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyir ki, 2011-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan və Abşeron rayonunun sakinləri üçün ƏDV nəzərə alınmaqla suyun hər kub metrinə görə qiyməti 0.30 manat təşkil edir. Əvvəlki tarif isə 0,18 manat idi. Digər rayonlarda bu tarif 0, 25 manatdır. Sayğacı olmayan abonentlər üçün isə aylıq norma 6 kub.metrdən 5 kub.metrə endirilib. “Azərsu” sədri deyir ki, ASC-nin istehsal etdiyi suyun 40 faizdən çoxunu satmaq mümkün olsa da, suyun 56 faizi itkiyə gedir: “Bunun əsas səbəbləri yenilənmə tələb edən köhnə infrastrukturun işi ilə bağlıdır, eləcə də əhalinin su üçün çənlərdən gündəlik istifadəsidir. İçməli suyun verilməsində tədricən fasiləsiz rejimə keçməklə biz bu çənlərin istifadədən çıxarılmasına çalışırıq. Bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə işlər aparılır”.
Əhalidən ödənişlərin yığım səviyyəsinə gəlincə, Qorxmaz Hüseynov bildirib ki, göstərici kifayət qədər yüksəkdir və 94 faiz təşkil edir

Short URL: http://www.cumhuriyyet.net/?p=5858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728