ABŞ və Fransa gəmiləri Qara dənizin sularına daxil oldu
Hərbi gəmilərin Qara dənizə getməsi hərbi təlimlərdə iştirakla əsaslandırılıbHərbi gəmilərin Qara dənizə getməsi hərbi təlimlərdə iştirakla əsaslandırılıb
Türkiyədə Dardanel boğazından iki hərbi gəmi keçərək Qara dənizə keçib. Ukraynanın şərq vilayətlərində gərginliyin davam etdiyi bir vaxtda Amerika Birləşmiş Ştatlarına məxsus “Donald Kuk” və Fransaya məxsus “Düpüi de Lom” hərbi gəmilərinin boğazdan keçməsi marağa səbəb olub.
Hərbi gəmilərin Qara dənizə getməsi hərbi təlimlərdə iştirakla əsaslandırılıb. Qara dənizi Mərmərə və Aralıq dənizləri ilə birləşdirən Dardanel və Bosfor boğazları Mudros sazişinə əsasən Türkiyənin hərbi nəzarətindən azaddır və hərbi gəmilərin boğazlardan keçidi bu sazişə müvafiq olaraq tənzimlənir
Short URL: http://www.cumhuriyyet.net/?p=5859