Daha bir bankda həbslər gözlənilir
“Kredo Bank” ASC-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yoxlamalara başlayacaq
Azərbaycanın bank sektoru növbəti dəfə maliyyə maxinasiyaları, sənədlərin saxtalaşdırılması və dələduzluq əməllərinə dair ağır ittihamlarla silkələndi. Bu dəfə ittihamların ünvanı “Kredo Bank” ASC oldu. Məlum olduğu kimi bu bankın rəhbərliyi ilə hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin və sabiq malliyə naziri Fikrət Yusifovun müəmmalı münasibətlərinə dair cəmiyyətdə artıq uzun müddətdir ki, müxtəlif fikirlər dolaşmaqdadır. Yeganə olaraq, bu münasibətlərin istənilən halda qeyri-sağlam müstəvidə formalaşması heç kimdə şübhə doğurmur. Bu isə təbii ki, bank rəhbərliyinin cəmiyyətdə nüfuzuna, ASC-nin isə fəaliyyət göstərdiyi maliyyə sektorunda etibarına təsirsiz ötüşmür. Digər tərəfdən də hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kredo Bank” ASC-nin fəaliyyəti ilə bağlı aparılan istintaq hadisələrin sonrakı inkişafının daha arzuolunmaz müstəviyə keçə biləcəyindən xəbər verir. Bu istintaqın başlanmasına səbəb isə bankın rəhbərliyi tərəfindən bir müddət əvvəl yol verilmiş növbəti saxtakarlıq əməlləri və bu xüsusda zərərçəkmiş vətəndaşın qaldırdığı iddia əsasında aparılmış məhkəmə araşdırmasının nəticələri olmuşdur.Xatırlayırsınızsa, ötən ilin əvvəllərində ölkə mətbuatında bu mövzuda bəzi materiallar dərc olunmuşdu. Bu hadisələrdə zərərçəkən qismində çıxış edən vətəndaş Hüseyn Səfərov kütləvi informasiya vasitələrinə geniş müsahibə vermişdi. Öz müsahibəsində vətəndaş, “Kredo Bank” ASC-nin ona qarşı dələduzluq əməli törətmiş rəhbər şəxslərinə qarşı olduqca sərt ittihamlar irəli sürmüşdür. H.Səfərov həmçinin bu qalmaqallı məsələdə onun etibarından sui-istifadə edərək dələduzluq əməli törətmiş “Kredo Bank”ın Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun, onun atası – bankın əsas rəhbər füqurlarından olan İsa Vəkilovun, onların yaxın adamı, bu işdə fəal rol almış Ələddin Yusifovun və digər şəxslərin qanunsuz əməllərindən, onların törətdikləri maliyyə fırıldaqlarından və hazırda həbsdə olan Akif Muradverdiyevlə, ABŞ-da yaşayan Rəsul Quliyevlə, Fikrət Yusifovla və digər şəxslərlə əlbir olaraq dövlət əleyhinə əməllərindən bəhs etmişdi. Mövzuya aydınlıq gətirmək üçün bu xüsusda müxtəlif vaxtlarda ölkə mətbuatında dərc olunmuş materiallardan bəzilərinə müraciət edə bilərik. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (Sədrlik edən M. Əsədov) iddiaçı “Kredo Bank”ın cavabdeh Yusifov Ələddin Ağca oğluna qarşı (şikayətçi V.Səfərovanın imzasını saxtalaşdıraraq əmlakını ələ keçirən şəxs) şikayətinə baxaraq maraqlı belə qərara gəlmişdi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 iyul 2012-ci il tarixli 2(005)-1376/2012 saylı qətnaməsi ilə iddiaçı “KredoBank” ASC-nin cavabdehlər “Aqro Star Plus” MMC-yə, Yusifov Ələddin Ağca oğluna, Yusifova Bahar Camal qızına, Yusifov Ceyhun Ələddin oğluna qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, borcun, faizlərin, zərərin, rüsumun və cərimənin tam tutulması, tələbin ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasına yönəldilərək açıq hərracda satılması və əldə olan pul məbləğindən borcun “KredoBank” ASC-yə ödənilməsi və borcun tam ödənilmədiyi halda cavabdehlərin başqa əmlaklarına yönəldilməsi, cavabdehlərin həmin qeyri-yaşayış binasına olan bütün istifadə hüquqlarının tam xitam verilərək itirilməsi, ipoteka olan həmin əmlakın boşaldılması, təhvil verilməsi, ipotekada olan həmin əmlakdan məcburi qaydada çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Amma sonradan ortaya yeni dəlillər çıxmışdı. Müəyyən edilmişdi ki, qətnamənin maraqlarına toxunduğunu iddia edən Vəfa Səfərova şikayətində göstərdiyi qeyri-yaşayış binasının alqı-satqısı zamanı qanunsuzluğa yol verildiyini və onun razılığı olmadan həmin əmlakın özününkiləsdirildiyi barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş, bu halla bağlı ətraflı araşdırma aparılmamışdır. Başqa sözlə desək, Ələddin Yusifov Nərimanov rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0.0189 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ofisin əsil sahibi deyildir. Bu həm yaşayış evi, həm də ofis binası əvvəllər Səfərova Vəfa Səxavət qızının adına olmuşdur və dələduzluq yolu ilə banka girov qoyularaq başqaları tərəfindən pul alınaraq mənimsənilmişdir. Buna görə də Səfərova Vəfa Səxavət qızı şikayət təqdim edərək, Nərimanov rayon Məhkəməsinin 05 sentyabr 2012-ci il tarixli, 2(005)-1376/ 2012 saylı qərardadının ləğv olunması, apellyasiya şikayətinin icraata qəbul edib işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdi. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1376/2012 saylı, 19 sentyabr 2012-ci il tarixli qərardadı ilə şikayət təmin edilmişdir. Həmin qərardaddan cavabdehlər Yusifov Ələddin Ağca oğlu, Yusifova Bahar Camal qızı və Yusifov Ceyhun Ələddin oğlu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdilər. Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2012-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması barədə kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər “Aqro Star Plus” MMC-nin nümayəndəsi, həmçinin cavabdehlər Yusifov Ələddin Ağca oğlu, Yusifova Bahar Ağca qızı, Yusifov Ceyhun Ələddin oğlu kollegiya iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır, Ələddin Yusifov nümayəndəsi və vəkili Yusifov Ceyhun Salman oğlu vasitəsilə təmsil olunmuşdu. Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Bununla da Kollegiya hesab edib ki, cavabdehlər Yusifov Ələddin Ağca oğlu, Yusifova Bahar Camal qızı və Yusifov Ceyhun Ələddin oğlu tərəfindən verilmiş şikayət formal mülahizələrə əsaslanmaqla, işdə məhkəmə qərardardının ləğv edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla da Kollegiya yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq qərara alır ki, cavabdehlər- Yusifov Ələddin Ağca oğlu, Yusifova Bahar Camal qızı və Yusifov Ceyhun Ələddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1376/2012 saylı, 19 sentyabr 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu isə o demək idi ki, iddiaçı V.Səfərovanın həmin əmlak üzərində hüquqları tanınmışdır. Beləliklə, Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli qərarı cavabdehlərin bütün fırıldaqlarını-imzaların saxtalaşdırıldığını, digər qanunsuz əməllərini ifşa edir…Artıq bu ilin mart ayının 6-da isə Ali Məhkəmə “Kredo Bank”ın rəhbərliyinin kassasiya şikayətinə baxaraq rədd qərarı çıxardı. Həmçinin Ali Məhkəmə bank rəhbərliyinə qarşı xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilməsini bir daha vacib hesab etmişdir. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Hüseyn Səfərov da mətbuat vasitəsilə bəyan etdiyi suallara cavab ala bilər. Həmi
n suallar isə etiraf edək ki, bir çoxlarında kifayət qədər maraq doğura bilərlər:
-Necə oldu ki, qəpiyə güllə atan İsa Vəkilov və onun oğlu birdən-birə və qısa müddətdə milyarderə çevrildilər? Onların zavodları, fabrikləri, otellər şəbəkəsi var, xarici ölkələrdə biznes şəbəkələrinin ümumi dövriyyəsi milyardlarla ölçülür! Bəs bu milyardların dövlət büdcəsinə vergisi nə qədərdir? İsa Vəkilovun Avropada bir neçə turizm şirkətləri var, hər birinin də ümumi fondu təxminən 30-50 milyon dollardır. Bunlar haradan aldılar milyon dollarlarla pulu?Amma güman etmək olar ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Kredo Bank” ASC-nin rəhbərlərinə veriləcək suallar daha konkret və eyni zamanda da daha çətin cavablandırıla bilən olacaq…
Short URL: http://www.cumhuriyyet.net/?p=5861