Ekspert İlham Əliyevin fikirlərini yalanladı

11.04.2014 - 10:15

Ekspert İlham Əliyevin fikirlərini yalanladı

Son 5 ildə ünvanlı sosial yardım alanların sayı 370 min nəfər artıbsa, yoxsulluğun səviyyəsi necə azala bilər”
Nemət Əliyev: “Hakimiyyət təmsilçiləri o qədər yalan danışıblar ki, artıq özləri də bu yalana inanmağa başlayıblar”
Ölkə başçısı Ilham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib. Mərasimdə çıxışı zamanı Ilham Əliyev ölkədəki yüksək inkişafdan danışıb və bəzi parametrlər üzrə inkişaf etmiş ölkələri də qabaqladığımızı bildirib:
“Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Cəmi 10 il ərzində iqtisadiyyat 3 dəfə artmışdır. Işsizlik problemi demək olar ki, aradan qaldırılmışdı. Yoxsulluq səviyyəsi ən aşağı həddədir. Azərbaycan bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl ölkələrlə eyni səviyyədədir. Bəzi parametrlər üzrə isə, inkişaf etmiş ölkələri də qabaqlayır”- deyə Ilham Əliyev bildirib.
Rəsmi məlumata görə, ölkədə 612 min adam ünvanlı sosial yardımla dolanır. Eyni zamanda 3 milyona yaxın ölkə vətəndaşı ailəsini xaricdə işləməklə dolandırır. Müəllimlərin, həkimlərin əmək haqqı, əlillərin müavinəti minimum ehtiyacları ödəmir. Ali təhsil ocaqları təyinat vermir və diplomlu gənclər fəhlə işləyir. Bakının kəndlərinin əksəriyyətində kanalizasiya sistemi, içməli su, qaz yoxdur. Və belə bir reallıqla, Azərbaycan dünyanın ən çox inkişaf etmiş ölkəsi sayılır.
İqtisadçı ekspert Nemət Əliyev bildirdi ki, hakimiyyət təmsilçiləri o qədər yalan danışıblar ki, artıq özləri də bu yalana inanmağa başlayıblar: “Prezidentin belə fikirlər səsləndirməsi təəssüf doğurur və tamamilə yanlış fikirlərdi. Azərbaycanda son 10 ildə neft bumu başladı və temp 35 faizdən yuxarı qalxmışdı. Ancaq bu faktoru Azərbaycan hakimiyyətinin aktivinə yazmaq düzgün olmazdı. Çünki bu neft bumu xarici şirkətlərin hesabına baş verirdi. 2008-ci ildən isə, elə həmin templə də neft istehsalı aşağı düşməyə başladı. Eyni zamanda digər iqtisadi göstəricilərdəki  vəziyyət də ağırlaşmağa başladı. Azərbaycan iqtisadiyyatı tamamilə neftdən asılı vəziyyətə düşdü. Buna görə öyünmək yox, xəcalət çəkmək lazımdır. Ölkə iqtisadiyyatının dünya iqtisadi sistemindəki rolu yalnız neft amili ilə ifadə olunur. Yoxsulluqla bağlı söylənilən fikirlər də absurddur.  Bir faktı demək kifayətdir ki, son 5 ildə ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin sayı 370 min nəfər artıb və ümumilikdə 600 min nəfəri ötüb. Doğrudan da əhalinin yoxsulluq səviyyəsi azalıbsa, necə ola bilər ki, sosial yardım alanlar artıb? Azərbaycanda 1.3 milyona yaxın təqaüdçünün aldığı təqaüd 150 manat civarındadır, müəllimin, həkimin əmək haqqı minimum yaşayışa cavab vermir. Belə bir şəraitdə, uğurlu inkişafın olduğunu iddia etmək anormaldı. Azərbaycanda əhalinin sosial vəziyyəti ilə bağlı hökumət yanlış təsəvvür yaratmaqdan əl çəkmir. Azərbaycan iqtisadiyyatını, dünya ölkələrinin iqtisadiyyatı ilə   müqayisə etmək yanlış nəticələrə gətirib çıxarır və gülüş doğurur. Bu gün Azərbaycanda aparılan yanlış iqtisadi siyasət öz fəsadlarını verməkdədir və bu fəsadların ağır yükü xalqın çiyninə düşür”. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=5867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728