Putinə dolayı dəstək nəyə hesablanıb?

11.04.2014 - 10:18

Putinə dolayı dəstək nəyə hesablanıb?

Fuad Qəhrəmanlı: “Iqtidar Ukrayna böhranı səngiyəndən sonra Rusiyanın aqressiyasının hədəfi olacağından narahatdır”
Azərbaycan BMT-də səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, iqtidar təmsilçilərinin bu addımının fonunda verdiyi bəyanatlar da maraq doğurur. Bəzi ekspertlərin fikrincə, əslində hakimiyyət təmsilçilərinin rəsmi mövqeyə zidd açıqlamalar verməsi iqtidarın gerçək siyasətinin mahiyyətini əks etdirir.
Çünki bəzi hallarda hakimiyyət çatdırmaq istədiyi fikri özünə yaxın şəxslərin dilindən səsləndirir. Bu dəfə də eyni mənzərə ortaya çıxıb. Bu günlərdə YAP Idarə Heyətinin üzvü, Azərbaycandakı Rus Icmasının rəhbəri MixailГїZabelin Rusiyanın Krımı işğalına haqq qazandırıb. Eyni mövqedən daha sonra hakimiyyət təmsilçiləri Eldar Ibrahimov, Putinin yaxın dostu Ilham Rəhimov da çıxış edib. Bu baxımdan rəsmi Bakının sərgilədyi jest maraq doğurur. Azərbaycanın Rusiyaya qarşı bu cür reveransları nə məqsəd daşıyır? Hakimiyyətin bu ikili mövqeyini necə izah etmək olar?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin Ukraynada baş verən hadisələrdə Qərbin mövqeyindən çıxış etməsi, Avropanın enerji təminatında Rusiyaya alternativ kimi rol alması, Əfqanıstana çıxarılacaq yüklərin Azərbaycan üzərindən daşınmasına imkan verməsi olduqca önəmli məsələdir. Azərbaycanın Qərb blokunda yer almasının ilk baxışdan ölkəmizin öz seçimi kimi göründüyünü deyən F.Qəhrəmanlı vurğuladı ki, əslində həqiqət başqa cürdür: “Azərbaycanın Ukrayna proseslərində Qərbin mövqeyindən çıxış etməsi daha çox hakimiyyətin Qərbin təzyiqlərindən ehtiyatlanmasıyla bağlıdır. Çünki Ilham Əliyev hakimiyyəti uzun illər ərzində korrupsiya sayəsində əldə etdiyi vəsait bu gün Qərbdə dövriyyədədir. Bu məqam məcbur edir ki, hakimiyyət Qərbin strateji proyektlərində yer alsın. Azərbaycanın enerji sektoru da Qərb bazarı ilə bağlıdır. Ona görə də bu bir növ məcburi seçilmiş mövqedir”.
I.Əliyevin bu gün regionda baş verən proseslərdən ciddi şəkildə narahat olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, Azərbaycan sərgilədiyi mövqeyə görə Rusiya tərəfindən cəzalanacağından qorxur. 2013-cü ilin prezident seçkiləri zamanı Rusiyada “Milyarderlər ittifaqı”nın yaranmasından hakimiyyətin ciddi təşviş keçirdiyini xatırladan AXCP yetkilisi vurğuladı ki, iqtidar Ukrayna böhranı səngiyəndən sonra Rusiyanın aqressiyasının hədəfi olacağından narahatdır: “Azərbaycan hakimiyyəti MDB-yə daxil olan ölkələrin Silahlı Qüvvələrinin Qərargah rəislərinin Bakıda toplantısını keçirməklə, XIN rəhbərlərinin Moskvadakı görüşünə qatılmaqla bir növ Rusiyanın könlünü almağa çalışır. Paralel olaraq da nəbz yoxlanması məqsədilə parlament deputatları səviyyəsində Rusiyaya ünvanlanan açıqlamalar verilir. Amma düşünmürəm ki, bu açıqlamalar məsələni hakimiyyətin xeyrinə həll edə biləcək. Bu reveranslar indiki halda Rusiyanı qane edə bilməz. Belə görünür ki, Krım böhranından sonra Rusiya Azərbaycandan hesab sormağa başlayacaqdır”.
Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin doğurduğu perspektivlərə gəlincə, F.Qəhrəmanlı bildirdi: “Azərbaycan bir tərəfdən Rusiyanın hədəfinə çevrilir, digər  tərəfdən isə hakimiyyət Rusiya ilə münasibətləri korladıqca Qərbdən demokratiya ilə bağlı gələn tələblərə müqavimət imkanlarını məhdudlaşdırmış olacaq. Rusiya ilə aqressiv münasibət artıq Qərbdən gələn təzyiqləri Kremlin vasitəsilə dəf etməyə imkan verməyəcək. Bu baxımdan bir müddət sonra zahiri balans siyasəti hakimiyyət üçün bumeranq effekti yaradacaq”.
F.Qəhrəmanlı hesab edir ki, bir məqamı da nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlər reveranslar hesabına sabit saxlanılmır. Rusiyanın başı hazırda Krıma qarışdığından Kreml Azərbaycanla bağlı sərt mövqe sərgiləmir. Amma gələcəkdə Azərbaycanın nümayiş etdirdiyi mövqe fayda verməyəcək.
(azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031