“Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları Kürdəmirdə

25.03.2016 - 10:17

rrPrezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib. Martın 24-də səhər saatlarında Kürdəmir rayonundan 40 nəfərlik məktəbli qrup Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salınıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib. Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Yolasalma mərasimində çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Valideynlər çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Kürdəmir şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Rüstəm İsmiyev bildirib ki, səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm”.
Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Gəncəyə yola düşüblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31