Azərbaycanlı deputatlar AŞPA-da Rusiyanın əleyhinə çıxmayıb, bitərəf qaldılar

11.04.2014 - 10:57

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti Rusiyanın Krıma təcavüzü ilə bağlı bu qurumda səsverməyə çıxarılmış qətnaməyə bitərəf qalıb.
Rusiyanın Krım təcavüzünə qarşı səsvermədə Azərbaycan nümayəndə heyətinin 11 üzvündən 6-sı iştirak edib. Başda Səməd Seyidov olmaqla onların hamısı səsvermədə bitərəf qalıb. Bu haqda AŞPA-nın rəsmi saytında məlumat verilib.
Ümumilikdə səsvermədə iştirak edən 145 deputat qətnaməni dəstəkləyib, 21 deputat əleyhinə səs verib, 22 deputat isə bitərəf qalıb. 
Nəticədə Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiyanı ilin sonuna qədər səs hüququndan, eyni zamanda AŞPA rəhbər qurumlarının işində iştirakdan və seçkiləri müşahidə etmək hüququndan məhrub edib.
Bu addıma etiraz əlaməti olaraq Rusiya nümayəndə heyəti assambleyanın sessiyasını tərk edib.
   Səsəvermədə iştirak edən deputatların siyahısınını və kimin necə səs verdiyini “http://assembly.coe.int/nw/xml/Votes/DB-VotesResults-EN.asp?VoteID=35016&DocID=15085&MemberID” öyrənmək olar
 

Short URL: http://www.cumhuriyyet.net/?p=5875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728