Suyun qiyməti bahalaşacaqmı?

11.04.2014 - 10:59

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, Azərbaycanda su təchizatı tariflərinin artacağı gözlənilmir. “Azərsu” sədrinin sözlərinə görə, tariflərin bugünkü səviyyəsi müəssisənin gəlirli işi üçün yetərlidir. Əhalidən ödənişlərin yığım səviyyəsi də kifayət qədər yüksəkdir – 94 faiz.
Lakin başqa problem var: “Biz istehsal olunan suyun 40 faizdən azacıq çoxunu sata bilirik, itki 56 faiz təşkil edir. Bunun əsas səbəbləri yenilənmə tələb edən köhnə infrastrukturun işi ilə bağlıdır, eləcə də əhalinin su üçün çənlərdən gündəlik istifadəsidir. Içməli suyun verilməsində tədricən fasiləsiz rejimə keçməklə biz bu çənlərin istifadədən çıxarılmasına nail olacağıq. Biz bu istiqamətdə Bakı Şəhər Icra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə işləyirik”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə təcrübəyə əsaslanaraq hesab edir ki, “Azərsu” sədrinin qiymətlə bağlı bəyanatına baxmayaraq, bahalaşma ola bilər. Qaz və su təminatında həqiqətən itkilərin çox olduğunu deyən hüquq müdafiəçisinin sözlərinə görə, bunun özəl səbəbləri var.
Mirvari Qəhrəmanlı onu da qeyd edir ki, qaz, su və elektrik enerjisi sahəsindəki itkilər son nəticədə əhalinin cibinə təsir edir: “Bu itkilərin nəticəsi olaraq qiymət artımları meydana gəlir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728