Hollandiyada daha 2 azərbaycanlı əsgərin məzarı tapıldı

11.04.2014 - 11:05

  

“Azərbaycanın Dostları” Cəmiyyəti II Dünya Müharibəsində güllələnən həmyerlilərimizin yaxınlarını axtarır

“Azərbaycanın Dostları” Cəmiyyəti II Dünya Müharibəsində güllələnən həmyerlilərimizin yaxınlarını axtarır

 Hollandiyanın Amersfoort şəhərininə kənarında II Dünya Müharibəsinə aid yüzlərlə sovet əsgərinin əbədi uyuduğu qəbristanlıqda 3 azərbaycanlı əsgərin də məzarı var. Bu barədə məlumatı cəmiyyətin rəsmisi Elman Mustafazadə Facebookda paylaşıb. 
O qeyd edib ki, məzarlıqda bütün qəbirlər möhürlənib və hər bir məzara dair dosye də mövcuddur. Mustufazadə vurğulayıb ki, soydaşlarımızın baş daşlarındakı soyadlarında hərif səhvlərinə yol verilib. Amma buna rəğmən, dosyelərində adları səhvsiz qeyd olunub. “Hər 3 soydaşımızın doğum yeri Azərbaycan, dini inancların isə müsəlman olaraq göstərilib. İki soydaşımızı almanlarla əməkdaşlıqdan boyun qaçırdıqları üçün Almaniya Ordusu Hollandiyanı tərk edərkən güllələyiblər. Digər soydaşımızı isə amerikalılar xilas etsələr də, ağır xəstə olması səbəbindən dünyasını dəyişib”.

Amersfoort hərbi qəbristanlığında güllələnmiş azərbaycanlıların adları aşağıdakılardır:
1. Salamov Şənbala
2. Vəliyev Tahir.

 Xəstəlikdən dünyasını dəyişmiş soydaşımız isə Xanbaba Babayev olub. 
Elman Mustafazadə daha sonra qeyd edib ki, “Azərbaycanın Dostları” Cəmiyyəti indiyə qədər Hollandiyanın çeşidli hərbi qəbristanlıqlarında 12 azərbaycanlının məzarını aşkarlayıb. Son 3 nəfərin yaxınlarını axtardıqlarını da bildirən cəmiyyət rəsmisi bu barədə məlumatı olanların onlarla əlaqə yaratmalarını xahiş edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5879

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728