Heydər Əsədov İsmət Abasovun daha bir kadrını "vurdu"

11.04.2014 - 12:11

Kənd təsərrüfati naziri Heydər Əsədov keçmiş nazir İsmət Abasovun daha bir kadrını işdən çıxarıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazirin əmrinə əsasən İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov vəzifəsindən kənarlaşdırılıb. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qurumda “nazirliyin üçünçü adamı” sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı məbləğində mükafat təqdim edilib.
Qeyd edək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də vəzifədən azad ediliblər.
Xatırladaq ki, İsmət Abasov hazırda baş nazirin müavinidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=5881

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728