Azərbaycanda rusların basdırdığı minalar tapıldı

11.04.2014 - 12:34

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində bu il Qəbələ Radiolokasiya Stanisyasının (RLS) ərazisində 6 hərbi sursat aşkar edilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində bu il Qəbələ Radiolokasiya Stanisyasının (RLS) ərazisində 6 hərbi sursat aşkar edilib.

Cumhuriyyət.az-ın Virtualaz. org-a istinadən verdiyi məlumata görə, bunu “Trend”-ə ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladov deyib.
Onun sözlərinə görə, RLS yerləşdiyi ərazidən tapılmış hərbi sursatlar tank əleyhinə minalardır.
ANAMA-nın meneceri qeyd edib ki, orada ümumilikdə 2 milyon 330 min kv.m. ərazi yoxlanılacaq. Minatəmizləmə əməliyyatları ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən aparılır. İşlərin 2014-cü ilin sonundadək başa çatdırılması planlaşdırılır. Lakin təxminən 3 aydır başlanan işlərin aparılmasında müəyyən çətinliklər də yaranıb: “Ərazidə meşə örtüyü ilə yanaşı çoxlu kommunikasiya xətləri var. Ona görə də əməliyyat aparılması baxımından bura çox çətin və mürəkkəb ərazidir”.
S.Poladov əlavə edib ki, bundan əlavə, Qəbələ RLS-in sifarişi əsasında 2013-cü ilin avqust ayında da ANAMA tərəfindən aparılan əməliyyat nəticəsində stansiyanın ərazisindən 1 mina tapılmışdı.
Qeyd edək ki, 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda – 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətləarası sazişə əsasən Qəbələ RLS 2013-cü ilədək Rusiyanın istifadəsində olub. 2002-ci ildə “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” imzalanıb. Lakin qarşılıqlı razılığa əsasən Rusiya 2012-ci il dekabrın 10-dan etibarən stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5882

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930