ABŞ Ukrayna böhranının Azərbaycana təsirindən narahatlığını bəyan etdi
11.04.2014 - 13:30
ABŞ Ukrayna böhranının Azərbaycana təsirindən narahatlığını bəyan etdi

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland bəyan edib ki, ABŞ Ukrayna böhranının Azərbaycan da daxil olmaqla bir sıra qonşu ölkələrə təsirindən narahatdır.
Virtualaz.org saytı Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, V.Nuland Rusiyaya qarşı təzyiqlərin davam edəcəyini bildirib.
“Biz Ukrayna böhranının Moldovaya, Gürcüstana, Ermənistana, Azərbaycana və Ukraynanın digər qonşularına göstərdiyi təzyiqdən narahatıq. Xüsusən də Moldova iqtisadi təzyiqlərin, Avropa İttifaqı ilə assosiasiya sazişinin əleyhinə Rusiyadan sponsorluq edilən intensiv təbliğatıb və Dnestryanı bölgədə, Qaqauz bölgəsində separatçı səylərin artmasının qurbanına çevrilib” – deyə yüksək vəzifəli diplomat bildirib.
ABŞ dövlət katibinə görə, Rusiya öz hərəkətlərinə görə artıq yüksək qiymət ödəyir və əgər Ukraynaya qarşı təzyiqlər zəifləməsə bu qiymət daha da artacaq.
V.Nuland ABŞ-ın digər G7 ölkələri ilə birlikdə Rusiyada keçiriləcək G8 sammitinə hazırlığı dayandırdığını xatırladıb. O deyib ki, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı təzyiqlərini koordinasiya edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5885