SOCAR TURKEY” BAYBURTLULAR HAQQINDA ÇƏKILƏCƏK FILMLƏ BAĞLI RƏSMI MƏLUMAT YAYIB

27.03.2016 - 18:02

3f0bdc03-742e-4080-aadb-f4c07f343683_640Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə qurumu olan “SOCAR Turkey” sözügedən ölkədə bayburtlular haqqında çəkiləcək filmlə bağlı rəsmi məlumat yayıb.

“Report”un verdiyi xəbərə görə, açıqlamada 6 Mart 2016-cı il tarixində “SOCAR-ın dəstəyi ilə film çəkilir – Rus işğalı haqda” başlıqlı xəbərlərdə, Rusiya işğalı nəticəsində vətən torpaqlarından köçmək məcburiyyətində qalan bayburtluların həyat hekayəsinin ekranlaşdırılacağı və filmin SOCAR-ın dəstəyi ilə çəkiləcəyi məlumatının yer aldığı bildirilir.

“Xəbərlərdə filmin dəstəkçiləri arasında SOCAR-ın da olması haqqında məlumatın həqiqəti əks etdirmədiyini diqqətinizə çatdırırıq. Sözü gedən filmin dəstəkçiləri arasında, Türkiyə Respublikası Mədəniyyət Nazirliyi və Bayburt Mədəniyyət Dərnəyi yer alır. “SOCAR Turkey”in baş icraçı direktoru Kənan Yavuz isə şəxsi olaraq layihəyə dəstək verir. Filmin mövzusunu təşkil edən hekayə Bayburtun erməni işğalı əsasında şəxsən Kənan Yavuzun ailəsinin yaşadığı ağrıları əks etdirir”, – deyə açıqlamada qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=58870

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31