İcra başçısının Heydər Əliyev Fondu adından müdhiş maxinasiyası

11.04.2014 - 14:10

İcra başçısının Heydər Əliyev Fondu adından müdhiş maxinasiyası

Lütfəli Babayev Fondun Zərdabda uşaq bağçaları tikəcəyi bəhanəsi ilə 100 manatdan pul yığdırır
Məlum olduğu kimi, Heydər Əliyev Fondu əksər rayonlarda social yönümlü bir sıra layihələr həyata keçiri. JAM.AZ xəbər verir ki, bu sırada əsas yeri orta məktəb uşaq bağçalarının tikintisi tutur. İndiyə qədər bütün rayonlarda Fondun inşa etdirdiyi onlarla orta məktəbin fəaliyyət göstərdiyi də dəqiqdir.
Lakin bəzi rayonlarda icra başçıları heç nədən çəkinmədən hətta Heydər Əliyev Fondunun adından sui-istifadə etməyə də çəkinmir. JAM.AZ xəbər verir ki, belə bir olay bu yaxınlarda Zərdabda qyedə alınıb. Belə ki, bir müddət əvvəl Fondun sözügedən rayonda iki uşaq bağçası inşa etdirəcəyi barədə məlumat yayılmışdı. Artıq bununla bağlı hazırlıqlar da başlayıb. Lakin Zərdabın icra başçısı Lütfəli Babayev Heydər Əliyev Fondunun adından rayonda pul yığmağa başlayıb. 
Məlumatlı mənbənin verdiyi məlumata görə, qeyd olunan uşaq bağçalarının inşası üçün Heydər Əliyev Fondu maliyyə vəsaiti ayrılıb. Amma L.Babayev rayondakı bütün idarə və müəssisə rəhbərlərindən bu məqsədlə pul toplatdırır. Adını da belə qoyub ki, guya, Fonda əziyyət vermək istəmir. Üstəlik, tələbini belə qoyub ki, büdcə təşkilatlarında çalışan hər bi şəxsin əmək haqqısından 100 manat məcburi qaydada tutulacaq. 
Mənbə bildirir ki, Lütfəli Babayev in bu addımı heç də sözügedən Fonda canyandırması niyyətindən irəli gəlmir. JAM.AZ-a xəbər verən şəxs iddia edir ki, Zərdabın icra başçısı həmin pulları özü üçün toplatdırır. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728