QHT-çinin dələduzluğundan ziyan çəkənlərin sayı artır
Bir neçə iş adamının QHT sektorunda çalışan Rasim Məmmədov adlı şəxs tərəfindən aldadıldıqlaraq siyan vurulduğu barədə son günlər mətbuatda çoxsaylı məlumatlar yer alır. Şikayətçilərin bildirdiyinə görə, keçmiş məhkum, müxtəlif cinayətlərə görə həbs həyatı yaşamış Rasim Məmmədov yenə də bir növ adətkarda olduğu bu peşəsini davam etdirməkdədir. R.Məmmədov çox sayda insanı dələduzluq yolu ilə aldadıb. Aldadılan şəxslərin sırasında Ədalət adlı Sumqayıtlı iş adamının olduğu da bildirilir. Belə ki, ondan müəyyən işin həll edilməsi üçün 200 min manat allınsa da, sonradan “reket qanunları” ilə qaytarmaqdan imtina edib. Eyni üsulla aldadılanlar sırasında yenə də Sumqayıtdan olan iş adamları Elçin, boru biznesi ilə məşğul olan Kamil adlı şəxslərin də adı var. Ancaq siyahı bununla da birmir və onun dələduzluğundan ziyan çəkənlərin daha çox olduğu da mediada yer alan məlumatlar sırasındadır.
“Məsələnin maraqlı tərəfi odur ki, R.Məmmədov bu cür qanunazidd və əxlaqsız hərəkətlərini edərkən özünü Qeyri Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim etməklə yanaşı, bir çox hörmətli şəxslərin adından istifadə etməkdən də çəkinmir. Çətinə düşən kimi özünü sığortalamaq və məsuliyyətdən qorumaq üçün mərhum dövlət başçısı Heydər Əliyev və cənab prezident İlham Əliyevin şəkillərini, onların fikirlərini önə çəkərək özünü dövlətçilik fədaisi kimi göstərir. Əslində isə bütün bunlar cəzadan yayınmaq üçündür. Bizi təəccübləndirən də belə bir keçmişə malik və dəfələrlə dələduzluq etmiş şəxsin indi vətəndaş cəmiyyətində necə təmsil oluna bilməsidir” – deyən şikayətçilərin sözlərinə görə, R.Məmmədov bu cür əməlləri əvvəllər də olub. Belə ki, o,1998-2001- ci illərdə soyğunçuluq ittihamı ilə həbs olunub.
Redaksiya olaraq, onun daha hansı qanunazidd əməllərə yol verməsi və daha kimlərin bu əməllərdən ziyan çəkməsi ilə bağlı araşdırmalarlmızı davam etdirəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=58896