İranda azərbaycanlı fəal həbs edildi
Vəli Bərqdar aprelin 8-də barəsində çıxarılmış həbs
cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə
salınıb
V.Bərqdar 2011-ci il sentyabrın 29-da bir neçə
azərbaycanlı fəalla birlikdə “Bəsic” qüvvələri tərəfindən həbs edilib.
Buna səbəb onların 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə
məhəlləsində iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakəti
müzakirə etdiklərinə görə həbsə alınmış 30-a yaxın azərbaycanlı
fəalların azadlığa buraxılması tələbi ilə divarlara afişalar
yapışdırmaları olub.
Azərbaycanlı fəalların təcridxanada
saxlanıldığı müddətdə fiziki işgəncələrə məruz qaldıqları, evlərində
axtarış aparıldığı, onlara məxsus kompüter, kitab, CD və digər şəxsi
əşyaları müsadirə etdikləri bildirilir. Nəhayət V.Bərqdar 2012-ci il
yanvarın 7-də Şəhram Dadaşi Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace,
Rəhim Əlirzayi, Məsud Bayrami, Əmir Babayi, Əsgər Ağayi Əlvəndi və
bəraət qazanmış daha iki nəfərlə birlikdə Təbriz İnqilab Məhkəməsinin
birinci şöbəsində mühakimə edilib.
Azərbaycanlı fəallar ölkənin
milli təhlükəsizliyinə qarşı bir yerə toplaşmaq və əvvəlcədən
sövdələşməklə qarşı çıxmaq və hakimiyyətin əleyhinə təbliğat aparmaqda
ittiham olunublar. Sonda onların hər biri 8 ayı şərti olmaqla 1 il həbs
cəzasına məhkum edilib
Short URL: http://www.cumhuriyyet.net/?p=5899