Səhiyyə Nazirliyində misli görünməmiş biabırçılıq

11.04.2014 - 20:06

Nazirliyin bu addımı səhlənkarlıq və məsuliyyətsizliyin ən son həddinin göstəricisidir
Nazirliyin bu addımı səhlənkarlıq və məsuliyyətsizliyin ən son həddinin göstəricisidir

Məlum olduğu kimi, 10 mart 2014-cü il tarixdə Nərmin Hüseynli uzun sürən
xəstəlikdən sonra dünyasını dəyişib. Jam.az xəbər verir ki, mərhumənin
anası Məhbubə xanım isə Nərmin hələ sağ ikən Prezident
Admnistrasiyasından onun müalicəsi üçün yardım istəyiv və müraciət edib.

Nərmin Hüseynlinin 40 mərsiminə az qalmış Prezident Admnistrasiyası
Səhiyyə Nazirliyinə müraciət edərək, köməklik göstərilməsi üçün xahişdə
bulunub. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən xəbər
verir ki, Səhiyyə Nazirliyi də həmin müraciətə baxaraq müsbət rəy verib
və yardım göstəriləcəyi ilə bağlı məktubu mərhumənin ailəsinin yaşadığı
Sumqayıtdakı ünvana göndərib.
Ərizədə qeyd edilir ki, “Xəstənin müvafiq mütəxəssislər tərəfindən tibbi
müayinədən keçirib, müalicəsinin və dərman pereparatları ilə müəyyən
olunmuş qaydada təmin olunmasına köməklik göstərilsin”.
İşin qəribə tərəfi odur ki, Səhiyyə Nazirliyi bu məktubu Məhbubə xanımın
ünvanına martın 31-də, özü də Nərminin dünyasını dəyişməsindən 21 gün
sonra göndərib. Prezident Admnistrasiyasının həmin müraciəti Səhiyyə
Nazirliyinə nə zaman ünvanladığı isə məlum deyil. Buna nə ad verilə
bilər? Və ya buna Səhiyyən Nazirliyi necə aydınlıq gətirəcək?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031