Binası partladılan iş adamına təzyiqlər davam edir

“Antalyada həyat yoldaşıma hücum olub, ona xəsarət yetirilib”
“Əvvəllər təhdid edirdilər, indi isə artıq hücuma keçiblər” – bunu
“Azadlıq”a AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq,
ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərov deyib. Onun sözlərinə
görə, aprelin 10-da Antalyada yaşayan həyat yoldaşına hücum ediblər:
“Amerika Kültür Antalya mərkəzinin rəhbəri Halil Çil yoldaşıma xətər
yetirib. Qolu zədələnib. Həkimdən kağız alıb, Türkiyə prokurorluğuna
müraciət edib. Bundan başqa, Kəmaləddin Heydərovun, onun müavini Orucəli
Hacıyevin Xaçmazda, Ismayıllıda və ölkənin başqa rayonlarında
villalarını tikən şəxslər ailəmi təhdid edirlər. Həyat yoldaşıma
deyiblər ki, sizin gərək ağzınızı bağlayaq ki, danışa bilməyəsiniz.
Bundan başqa, Türkiyənin Mersin şəhərində Kəmaləddin Heydərovla Orucəli
Hacıyevin “Qamma” adlı şirkəti bütün inşaat işlərini görür. Orada
çalışan şəxslərdən də bizə təhdidlər gəlib”.
Şikayətçi onu da bildirdi ki, Azərbaycan demokratik ölkə deyil:
“Demokratik ölkədə bir nazirə qarşı iddia qaldırılırsa, o ya media
vasitəsilə cavab verərdi, ya da istefa verib gedərdi”.
Azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=5903